İŞİD-in 22 səhra komandiri məhv edilib
İraqın "Əl-Xaşd-əş-Şabi" hökumətyönlü hərbiləşdirilmiş dəstələri ölkənin şimalında Kirkuk vilayətində İŞİD terror qruplaşmasının 22 səhra komandirini məhv edib. Məlumata görə, bu barədə hökumətyönlü hərbiləşdirilmiş dəstənin rəsmi nümayəndəsi Əli Əl-Hüseyni bildirib.
9 Mart 2018 15:23 Dünyaİraqın "Əl-Xaşd-əş-Şabi" hökumətyönlü hərbiləşdirilmiş dəstələri ölkənin şimalında Kirkuk vilayətində İŞİD terror qruplaşmasının 22 səhra komandirini məhv edib. Məlumata görə, bu barədə hökumətyönlü hərbiləşdirilmiş dəstənin rəsmi nümayəndəsi Əli Əl-Hüseyni bildirib.
O bildirib ki, "Əl-Xaşd-əş-Şabi" hökumətyönlü hərbiləşdirilmiş dəstələri Ər-Riyad və Əz-Zabda genişmiqyaslı əməliyyatlar keçirib. Əl-Hüseyninin sözlərinə görə, komandirlərdən başqa onlarla silahlı terrorçu da məhv edilib. Trend.az