AzTU-da qanvermə aksiyası keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) 10 Mart - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranması günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, aksiyada AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov da iştirak edib.
9 Mart 2018 15:14 SosialAzərbaycan Texniki Universitetində (AzTU) 10 Mart - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranması günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, aksiyada AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov da iştirak edib.
Universitetin müəllim və tələbələrinin qatıldığı qanvermə aksiyası nəticəsində əldə olunan qan ehtiyatı respublikanın müvafiq səhiyyə təşkilatlarına, xəstəxana və hərbi hospitallarına göndərilib.