Gündəm

Politoloq: “İrəvan seçim qarşısında qalacaq”

9 Mart 2018 15:09

Azərbaycanda prezident seçkilərinin Rusiya və Ermənistandakı seçkilərlə demək olar ki, eyni vaxtda keçirilməsi ATƏT-in Minsk qrupunun başçılığı altında aparılan Dağlıq Qarabağ danışıqlarının yubanmasının qarşısını alacaq və ermənilərə bəhanələr verməyəcək. May ayından başlayaraq danışıqların intensivləşməsinin şahidi olacağıq.

“Ermənistanda yeni seçilmiş prezident oyuncaq kimidir”

9 Mart 2018 15:08

Azərbaycan və Rusiyada prezident seçkilərindən sonra yaranan vəziyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə təkan verəcək. Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq deyib ki, amma danışıqlar prosesinin hansı ümumi nəticələrə gətirib çıxaracağını demək çətindir: “Hesab edirəm ki, ermənilərlə razılıq əldə etmək çətin olacaq, bəlkə də mümkün olmayacaq. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşma siyasəti aparır”.

Mehriban Əliyeva Yaponiya baş nazirinin müşaviri ilə görüşüb

9 Mart 2018 15:06

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb.

Azərbaycandan Həccə gedəcək zəvvarlar ödənişi hissə-hissə edə bilərlər

9 Mart 2018 15:00

Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilir. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)  verilən məlumata görə, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər. Ödənişin son tarixi 1 may 2018-ci ildir.

Qara dənizə ABŞ dəniz piyadaları gəlib

9 Mart 2018 14:51

ABŞ Hərbi Dəniz Donanmasının Oak Hill desant gəmisi İstanbul boğazını keçərək bu səhər Qara dənizə daxil olub. Gəmidə 500 dəniz piyadasının yerləşdiyi bildirilir.  Oak Hill gəmisinin martın 15-ə qədər davam edəcək "Dəniz fırtınası 18" hərbi dəniz təlimlərində iştirak edəcəyi gələn xəbərlər sırasındadır.

Hyüstonda çaşqınlıq

9 Mart 2018 14:50

Texas Hyüston Beynəlxalq Corc Buş hava limanının fəaliyyəti şübhəli əşya səbəbilə dayandırılıb. Hava limanının C terminalında şübhəli bir sahibsiz çanta tapılıb. Hadisə yerinə polis briqadası çağırılıb. 

İstanbulda Roma səfərləri ləğv edildi

9 Mart 2018 14:47

Türk Hava Yolları İstanbuldan Roma, Milan və Venedikə olan təyyarə səfərlərini ləğv edib. Buna səbəb İtaliyanın bir çox hava limanı əməkdaşlarının tətil etməsi göstərilir. Hava limanı müəyyən saatlarda təyyarə qəbul etməyəcəklərini bəyan ediblər. Yolçulara uçuş vaxtının dəyişdirilməsi yaxud alternativ təyyarə səfərlərini seçmək təklif edilib.

Mobil telefon oğrusu saxlanıb

9 Mart 2018 14:44

Oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 8-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki avtomobil yuma məntəqələrindən birindən mobil telefon oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Quliyev saxlanılıb.

Ata oğlunu maşınla vurub öldürdü

9 Mart 2018 14:43

Gəncə şəhərində yaşayan Səbuhi İsmayılov oğlunu maşınla vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə, marın 8-də saat 8 radələrində Gəncə şəhərində yaşayan Səbuhi İsmayılov evinin qarşısında idarə etdiyi “QAZel” markalı avtomobillə yola qəflətən çıxmış oğlu, 2 yaşlı İsmayılı vurub. Nəticədə uşaq hadisə yerində dünyasını dəyişib. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Qəbələdə soyğunçu saxlanıb

9 Mart 2018 14:42

Qəbələ rayonunda soyğunçuluqla məşğul olan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 6-da saat 5 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndindəki kafelərin birində Samit adlı şəxs Vəndam qəsəbə sakini İnqilab Paşayevə zor tətbiq edərək 850 manatını alıb.Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Samit Abdurəhmanov saxlanılıb. Ondan 119,6 qram marixuana da götürülüb.

İsa Qəmbərin ağır durumuna sevinənlər

9 Mart 2018 14:41

Ağır xəstəlikdən əziyyət çəkən Müsavatın keçmiş başçıcı İsa Qəmbərin Türkiyənin "Hacəttəpə" klinikasında müalicəsi davam edir. Sabiq başqanın müalicəsi ilə məşğul olan həkimin bildirdiyinə görə, İsa Qəmbərin sağlamlıq durumu son dərəcə kritikdir. Məlumata görə, keçmiş başqan reanimasiya şöbəsində yerləşdirilib və pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan müalicə olunur.

“Bakcell”dən “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin keçirilməsinə dəstək

9 Mart 2018 14:36

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell”, istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin təşkilinə dəstək göstərib.

Pişik quduzlaşıb, qəsəbədə karantin elan edildi - Türkiyədə

9 Mart 2018 14:34

Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsindəki məhəllələrin birində quduz olduğu ehtimal edilən pişik iki qadını dişlədikdən sonra digər ev heyvanlarına hücum edib. 

Elçin Mirzəbəyli: “Onların aqressiyasının kökündə qrant pulları dayanır”

9 Mart 2018 14:31

Müxalifətin radikal qanadı olan Milli Şura və Müsavat Partiyası martın 10-a mitinq təyin edib. "Məhsul" stadionuna yalnız AXCP və Müsavatın azsaylı üzvlərinin toplaşacağı gözlənilir. Buna səbəb digər müxalif partiya və təşkilatların 10 mart mitinqini boykot etməsidir. Belə ki, vaxtilə bir cinahda olan partiyalar Milli Şuranın mitinq çağırışına "yox" deyiblər.

Daxili orqanında narkotik keçirmək istədi

9 Mart 2018 14:26

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun üzərində şəxsi yoxlama aparılıb.