“Ermənistanda yeni seçilmiş prezident oyuncaq kimidir”

Azərbaycan və Rusiyada prezident seçkilərindən sonra yaranan vəziyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə təkan verəcək. Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq deyib ki, amma danışıqlar prosesinin hansı ümumi nəticələrə gətirib çıxaracağını demək çətindir: “Hesab edirəm ki, ermənilərlə razılıq əldə etmək çətin olacaq, bəlkə də mümkün olmayacaq. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşma siyasəti aparır”.

Azərbaycan və Rusiyada prezident seçkilərindən sonra yaranan vəziyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə təkan verəcək. Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq deyib ki, amma danışıqlar prosesinin hansı ümumi nəticələrə gətirib çıxaracağını demək çətindir: "Hesab edirəm ki, ermənilərlə razılıq əldə etmək çətin olacaq, bəlkə də mümkün olmayacaq. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşma siyasəti aparır".

Politoloq qeyd edib ki, Ermənistanda yeni seçilmiş prezident Armen Sarkisyan oyuncaq kimidir: "Onun heç bir səlahiyyəti yoxdur. Yalnız dövləti təmsil edən bir adam olacaq. Ermənistanda Prezidentin indiyədək olan səlahiyyətlərinin 90%-i baş nazirə keçəcək. Hətta danışıqlar prosesini də baş nazir aparacaq".  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31