İsa Qəmbərin ağır durumuna sevinənlər
Ağır xəstəlikdən əziyyət çəkən Müsavatın keçmiş başçıcı İsa Qəmbərin Türkiyənin "Hacəttəpə" klinikasında müalicəsi davam edir. Sabiq başqanın müalicəsi ilə məşğul olan həkimin bildirdiyinə görə, İsa Qəmbərin sağlamlıq durumu son dərəcə kritikdir. Məlumata görə, keçmiş başqan reanimasiya şöbəsində yerləşdirilib və pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan müalicə olunur.
9 Mart 2018 14:41 SiyasətƏli Kərimli əsas rəqibinin siyasi səhnədən silindiyini düşünür
Ağır xəstəlikdən əziyyət çəkən Müsavatın keçmiş başçıcı İsa Qəmbərin Türkiyənin "Hacəttəpə" klinikasında müalicəsi davam edir. Sabiq başqanın müalicəsi ilə məşğul olan həkimin bildirdiyinə görə, İsa Qəmbərin sağlamlıq durumu son dərəcə kritikdir. Məlumata görə, keçmiş başqan reanimasiya şöbəsində yerləşdirilib və pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan müalicə olunur. İ.Qəmbərin başının sağ yarımkürəsində şiş və ürəyinin qapaqlarında daralma da aşkarlanıb. Onun sağlıq durumunda yaranan problemlərin aradan qaldırılması çətin görünür. Elə bu səbəbdən də xəstənin müalicəsinin evdə, yaxud klinikada davam etdirilməsi məsələsi ətrafında yaxın qohumları ilə məsləhətləşmərin aparıldığı bildirilir. Qeyd edək ki, keçmiş başqanın sağlıq durumu ilə bağlı yayılan məlumatı gerçək olaraq qəbul etmək sadəlövhlük olardı. Mümkündür ki, İ.Qəmbərin real sağlıq durumu ilə bağlı ictimaiyyətə olduğu kimi deyil, səthi məlumat verilsin. Bu versiya həm həkim etikası baxımından inandırıcı görünür, həm də onun yaxınlarının xahişi ilə sirr kimi saxlanıla bilər. Bütün halda görüntü ondan ibarətdir ki, keçmiş başqanın səhhətində ciddi problemlər yaşanır və onun aradan qaldırılması üçün uzun zaman sərf olunacaq. Məlumat üçün onu da qeyd edək ki, keçmiş başqana qoyulan diaqnoz elə də adi xəstəliklərdən sayılmır. Xəstəliyin aradan qaldırılması üçün bahalı və güclü immuntutumlu dərman vasitələrinin istifadəsinə ehtiyac yaranır. Həmin dərmanların əldə edilməsi üçün isə külli miqdarda vəsaitin xərclənməsi tələb olunur.
***
Məsələ orasındadır ki, İsa Qəmbərin səhhətinin getdikcə pisləşməsi ölkə müxalifəti tərəfindən siyasi məqsədlər üçün istifadə edilməkdədir. Keçmiş başqanın səhhətinin ağırlaşması ilk olaraq illərlə çiyin-çiyinə uzun yol qət etmiş "əqidədaşlarını" narahat etməyə başlayıb. Ancaq bu narahatçılıq onun tezliklə sağalması arzuları ilə bağlı yox, müalicənin sonunun nə ilə bitəcəyi ilə bağlıdır. Əldə olunan məlumata görə, hazırda Müsavat daxilində İsa Qəmbərin sağlıq durumu ilə bağlı sözün əsil mənasında çaxnaşma yaranıb. Başqa sözlə, hazırda Müsavatda təmsil olunanlar, xüsusən də rəhbər postlara iddialı olanları İ.Qəmbərin siyasətə qayıdıb-qayıtmayacağı məsələsi daha çox düşündürür. Nəzərə almaq lazımdır ki, bu məsələdə dilemma qarşısında qalan hər bir partiya üzvünün öz marağı və məqsədi var. Çünki hazırda Müsavatda təmsil olunanların böyük əksəriyyəti eyni əqidəni daşıdıqlarına görə deyil, şəxsi maraqlarını təmin etmək məqsədilə siyasətə qoşulublar.
Məlum olduğu kimi İ.Qəmbərin Musavat başqanlığından getməsi və bu postun Arif Hacılıya"həvalə edilməsi" nəinki partiya rəhbərliyində, eləcə də sıravi müsavatçılar arasında narazılığa səbəb olmuşdu. Partiyanın sonuncu qurultayından başlanan söz-söhbət bu gün də davam etməkdədir və yenu başqanı qəbul etməyənlərin sayı getdikcə artmaqdadır. Etiraf edilməlidir ki, İ.Qəmbərin istefasından sonra partiyanın tutduğu dəsti-xətt müsavatçılarla yanaşı, digər müxalifət partiyalarla münasibətdə də fərqli yanaşma ortaya qoymuş oldu. Elə bu səbəbdən də müxtəlif bəhanələrlə digər müxalifət partiyalarına transfer edənlərin və ümumiyyətlə partiyadan istefa verənlərin sayı artmağa başladı. İndi isə fakt ondan ibarətdir ki, bu gün Müsavatda təmsil olunanlar sırasında İ.Qəmbərin sağlıq durumunda yaranan problemə görə sevinənlər az deyil.
Yeri gəlmişkən qeyd edək ki, Milli Şurada təmsil olunanlar sırasından Müsavat başqanının ağır durumuna sevinənlər də kifayət qədərdir. Əslində bunun üçün kifayət qədər əsas da var. Nəzərə almaq lazımdır ki, hazırda ölkədə prezident seçkilərinin keçirilməsi prosesi davam etməkdədir. Müxalifət bu seçkilərdə də uğur qazanmayacağını aydın şəkildə dərk etdiyindən maddi maraqlarını təmin etməyə üstünlük verib. Elə bu səbəbdən də Qərbin çoxsaylı sifarişini yerinə yetirərək daha çox gəlir əldə etmək uğrunda mübarizəyə qatılıblar. Belə bir şəraitdə Milli Şuranın əsas aparıcı qüvvəsi olan AXCP sədri Əli Kərimlinin əsas rəqibinin siyasi səhnədən silinməsi şansı yaranır. Ola bilər ki, bu məlumat kimlərəsə inandırıcı gəlməsin. Ancaq illərlədir ki, xaricdən idarə olunan, Azərbaycanın dövlət və milli maraqlarına qənim kəsilən, maddi maraqları naminə nəinki dövləti, hətta bir qabda yemək yediyi şəxslərə qarşı xəyanət etmək Əli Kərimli və onun əlaltıları üçün elə də çətin məsələ deyil.
Alim