Gündəm
Atılmışların, satılmışların məkanı
Hər bir demokratik cəmiyyətdə müxalifətin mövcudluğu zəruridir, vacibdir. Çünki bir qayda olaraq müxalifət hakimiyyəti daha məhsuldar, cəhvsiz, səmərəli işləməyə məcbur edir, hakimiyyətin buraxdığı səhvləri, xətaları zaman-zaman tənqid etməklə həmin xətaların həll olunmasına, bir daha təkrar edilməməsinə imkan yaradır. Hakimiyyət də öz növbəsində bir qayda olaraq belə bir müxalifətin mövcudluğundan razı qalır.
Dövlət qulluğuna qəbul üçün qeydiyyat başa çatır
8 fevral 2018-ci il tarixdə elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarında olan vakant vəzifələrə qeydiyyat başa çatır. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan olunmuş müsabiqədə vakant vəzifələrə qeydiyyat 9 mart saat 18:00-dək davam edəcək.
SAM Yaponiya səfirliyi ilə birgə tədbir keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiya diplomatiyasına həsr edilmiş dəyirmi masa keçirilib.
Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən 17-dək Müdafiə nazirinin rəhbərliyi altında müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Gəncədə “Atalar və qızlar” festivalı keçiriləcək
Martən 11-də Gəncə şəhərinin mərkəzində “Atalar və qızlar” festivalı keçiriləcək. “OLAYLAR”-a Gənclər Təşkilatları Milli Şurasından bildirilib ki, festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və GTMŞ tərəfindən həyata keçirilir.
20-ci sahəyə içməli su məhdudiyyətlə veriləcək
Martın 9-da gün ərzində 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Bildirilib ki, buna səbəb Bakı şəhəri Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərdir.
Türkiyədən qalmaqallı statistika: "186 hamilə uşaq"
Türkiyədə azyaşlıların hamilə qalması ilə bağlı statistika ürəkaçan olmayıb. Qadın Haqları və Qız uşaqlarının qorunma dərnəyinin araşdırması nəticəsində məlum olub ki, Ədirnə şəhərində 186 azyaşlı hamilə qalıb.
“Ərim yataqda uzanmışdı, o isə...” - Fatiməyə şok ittiham - VİDEO
Rusiyada yaşayan aktrisa-müğənni, "Miss Azərbaycan- 1999"un qalibi Fatimə Abasquliyeva canlı efirdə müəllimi-rejissor Mark Razovski tərəfindən zorlandığını deməsi başına bəla olub.
Şabanın oğlu azərbaycanlı xanımı ilə 5 milyonluq evdə yaşayacaq
Tanınmış komediya ustası Kamal Sunalın oğlu Əli Sunal 5 milyon TL-yə (təxminən 2,5 milyon manat) ev alıb. Əli Sunal bir dərnəyin sosial məsuliyyət layihəsində tanış olduğu Nazlı Qurbanzadə ilə 23 Martda nikah masasına oturmağa hazırlaşır. Cütlüyün toyu məşhur hotellərin birində mətbuata qapalı keçiriləcək. Fənərbaxçada mənzil alan aktyor evin sənədlərini düzəldən zaman papratsilərə yaxalanıb.
Azərbaycanda 1 kiloqramlıq UŞAQ DOĞULDU
Çəkiləri 1200-1300 qram olan əkiz uşaqlar dünyaya gəlib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaqlar hamiləliyin 31-ci həftəsində dünyaya gəliblər. Düşük təhlükəsi olan, 27-28-ci həftəsində kütlə çox aşağı olduğuna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilən qadında bütün profilaktik müayinələr aparılıb. Burada hamiləlik 31 həftəsinə qədər çatdırılıb və çəkiləri 1,200–1,300 qrama çatandan sonra ana əməliyyata götürülüb.
Düzgün idarəçilik, sosial-iqtisadi inkişaf
Prezident seçkilərinə cəmi bir ay qalıb. Aprelin 11-də Azərbaycan xalqı, vətəndaşları səsvermə məntəqələrinə gedərək növbəti müddətə ölkənin birinci şəxsini seçəcəklər. Ölkə Konstitutsiyasına edilən dəyişikliklərdən sonra ilk dəfə baş tutacaq prezident seçkilərinin nəticələrinə əsasən dövlət başçısı seçiləcək şəxs əvvəlki illərdən fərqli olaraq prezidentlik postunda 5 deyil, 7 il əyləşəcək. Bir qayda olaraq bu və ya digər ölkədə keçirilən hər hansı bir seçki ərəfəsində həmin ölkədəki seçki mühiti, mövcud ictimai-siyasi vəziyyət təhlil olunur, bu istiqamətdə araşdırma aparılır.
Türkiyədə raket sınaqları uğurla başa çatıb
Bu gün Türkiyədə Sinopda RAKETSAN tərəfindən istehsal edilən raketlərin sınaqları keçirilib. Sülükoğlu poliqonunda aparılan iki günlük sınaq atışları çox yaxşı nəticələr göstərib. Bölgəyə yaxın olan hava və dəniz sahələrdə gəmi və uçuş vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
İsrail-ABŞ hər an Livana hücum edə bilər
Əl-Rai Əl-Youm qəzetinin iddialarına görə, bir neçə gün əvvəl Livandakı “Hizbullah”ın silahlı birlikləri tam döyüş hazırlığı vəziyyətinə gətiriliblər. Döyüş hazırlıqlarının əsas səbəbi olaraq İsrailin hər an Livana hücum etmə təhlükəsi göstərilir.
Rusiyada toyuq məhsullarında təhlükəli virus tapıldı
Rusiyada "BELAYA PTİTSA" və "PETRUXA" markalarının toyuq məhsullarında təhlükəli listeriya ST6 bakteriya aşkar edilib. Araşdırmanı Rosskontrol Müstəqil Araşdırma Təşkilatı aparıb. Listeriya təhlükəli qida bakteriyasıdır. İnsanlara yoluxduğu zaman ölümlə nəticələnə bilər. Bəzi hallarda isə menengit və ensefalit kimi xəstəliklərə səbəb ola bilər.
Ermənistandakı hakimiyyət bölgüsünü Rusiya həzm etmir
Ermənistanda prezident təyinatı prosesi başa çatsa da, lakin hələ də məlum təyinatdan sonra işğalçı ölkədə baş verə biləcək proseslər, Serj Sərkisyanın bundan sonra hansı gedişləri edəcəyi barədə müxtəlif fikirlər, proqnozlar səslənir. Birmənalı olaraq söylənilən odur ki, Serj Sərkisyan bundan sonra da bütün addımlarını Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesini pozmağa, eyni zamanda daxili auditoriyanın nəbzini tutmağa yönəldəcək.














