Gəncədə “Atalar və qızlar” festivalı keçiriləcək
Martən 11-də Gəncə şəhərinin mərkəzində “Atalar və qızlar” festivalı keçiriləcək. “OLAYLAR”-a Gənclər Təşkilatları Milli Şurasından bildirilib ki, festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və GTMŞ tərəfindən həyata keçirilir.
9 Mart 2018 14:18 SosialMartən 11-də Gəncə şəhərinin mərkəzində "Atalar və qızlar" festivalı keçiriləcək. "OLAYLAR"-a Gənclər Təşkilatları Milli Şurasından bildirilib ki, festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və GTMŞ tərəfindən həyata keçirilir.
Festivalın əsas məqsədi müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı ata və qız övladı arasında emosional və mənəvi əlaqələrin artırılması, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə mühitin yaradılmasıdır.
Gün ərzində 14:00-18:00-dək davam edəcək festivalda atalar və qızları musiqili proqram, yarışlar, müxtəlif uşaq oyunları və şoular gözləyir. Festivalda uşaqlar ataları ilə birlikdə pazl yarışı, rəsm yarışması və saç hörmə yarışmasında iştirak edəcəklər. Festival zamanı iştirakçılar kloun, sehirbaz və kukla teatrın əməkdaşlarının çıxışlarını izləyəcəklər. Həmçinin festival çərçivəsində müxtəlif viktorinalar keçiriləcək və qaliblərə hədiyyələr təqdim olunacaq. Festivalda iştirak edib və fərqli həftəsonu keçirmək istəyən atalar www.festival.nayora.az səhifəsinə daxil olub tədbir haqqında ətraflı əldə edə bilərlər.