Ermənistandakı hakimiyyət bölgüsünü Rusiya həzm etmir
Ermənistanda prezident təyinatı prosesi başa çatsa da, lakin hələ də məlum təyinatdan sonra işğalçı ölkədə baş verə biləcək proseslər, Serj Sərkisyanın bundan sonra hansı gedişləri edəcəyi barədə müxtəlif fikirlər, proqnozlar səslənir. Birmənalı olaraq söylənilən odur ki, Serj Sərkisyan bundan sonra da bütün addımlarını Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesini pozmağa, eyni zamanda daxili auditoriyanın nəbzini tutmağa yönəldəcək.
9 Mart 2018 13:41 DünyaSerj Sərkisyan qurduğu planın güdazına gedə bilər
Ermənistanda prezident təyinatı prosesi başa çatsa da, lakin hələ də məlum təyinatdan sonra işğalçı ölkədə baş verə biləcək proseslər, Serj Sərkisyanın bundan sonra hansı gedişləri edəcəyi barədə müxtəlif fikirlər, proqnozlar səslənir. Birmənalı olaraq söylənilən odur ki, Serj Sərkisyan bundan sonra da bütün addımlarını Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesini pozmağa, eyni zamanda daxili auditoriyanın nəbzini tutmağa yönəldəcək.
Millət vəkili Sahib Alıyev Ermənistan parlamentində baş tutan prezident təyinatından sonrakı proseslərə diqqət çəkərək bildirib ki, ən çox diqqət çəkən baş nazirin birinci müavini vəzifəsinin təsis olunmasıdır. Onun sözlərinə görə, bu antikonstitusyon vəzifə (Ermənistan Konstitusiyasında belə bir post yoxdur) indiki baş nazir Karen Karapetyan üçün nəzərdə tutulur: "Serj Sərkisyan isə onun yerində əyləşməyi planlaşdırır. Beləliklə, nə aydın olur? O aydın olur ki, Serj Sərkisyan Ermənistanın iqtisadiyyatına rəhbərliyi yenə Karapetyana tapşıracaq. Bununla da guya bir gülləylə iki dovşan vurur. Birincisi, Ermənistan iqtisadiyyatının iflic vəziyyətində olmasına görə cavabdeh indən sonra da o yox, başqası sayılacaq. İkincisi Karen Karapetyanı oraya baş nazir kimi göndərənlərin könülü alınmış olur ki, Karapetyan indiyə kimi o hansı funksiyanı yerinə yetirirdisə, bundan sonra da sonra da eyni funksiyanı yerinə yetirəcək. Özü isə indiyə kimi necə dövlət başçısı idisə, bundan sonra da o cür qalacaq. Yaxşı, bəs təzə "prezident" Armen Sərkisyan nə edəcək? Heç nə, uzun zaman səfir kimi və bəzi bilgilərə görə həm də başqa bir görəvdə çalışdığı Böyük Britaniyada kraliça nə edirsə, onu edəcək. Amma, təbii ki, Böyük Britaniyayla Ermənistan arasında fərq nə qədərdirsə, birincinin kraliçasıyla ikincinin yeni prezidentinin çəkisi və proseslərə təsiri də o qədər fərqlənəcək. İndi gəlin görək şahmata böyük marağıyla tanınan və özünün də dediyinə görə siyasətdə atıdğı bir çox addımları məhz bu oyunun prinsiplərinə dayanaraq edən Sərkisyanın bu planı alınacaqmı? Onun o öz hakimiyyətini qoruyub saxlamaq üçün planlaşdırdığı parlamentli respublikaya keçid oyununu erməni xalqı həzm etmiş kimi görünür. Qərbdə də bu alqışlanır. Alqışlanmaya da bilməz. Çünki Ermənistandakı proseslərə təsiri elə güclü olmasa da, burada prezident kürsüsündə Böyük Britaniyanın vətəndaşı və həm də adamı, yəni agenti kimi dəyərləndirilən biri əyləşdirilir.
Düzdür, Armen Sərkisyan Böyük Britaniya vətəndaşlığından 6 ildir ki, çıxdığını deyir. Amma Serj Sərkisyanın da təcrübəsindən bilinir ki, böyük ölkənin vətəndaşlığından çıxmaq mümkündür, onun bəlli strukturlarıyla əməkdaşlıqdan isə çıxmaq olmur. Çıxanları nə gözlədiyi isə elə yenə də həmin Böyük Britaniyada törədilən iki zəhərlənmə faktından da aydınca görünür. Onlardan da biri təzəcə baş verib". Millət vəkili onu da deyib ki, Armen Sərkisyanın "prezident" qoyulması qərbin ürəyindəndir: "Ən azından öna görə ki, o vurğuladığımız kimi proseslərə elə də təsir imkanı olmasa da, Ermənistandakı ən informasiyalı adamlardan birinə çevirilir. Nəzərə alsaq ki, həmin Ermənistanda keçirilən parlament seçkisində də, Qərbin maraqları nisbətən nəzərə alınaraq bir necə Rusiya əleyhdarına deputat mandatı verildi, onda forpost üzərində yad təsirlərin son illər ərzində heç vaxt olmadığından daha artıq gücləndiyi meydana çıxır. Bunu Moskvada görmürlərmi? Təbii ki, görürlər. Və mənə elə gəlir ki, KTMT-nin Birləşmiş Qərargah rəsisi general-polkovnik Anatoli Sidorovun Qarabağda savaş başlanacağı halda neytral qalacaqlarını vurğulaması da, Rusiya mediasında Xocalı soyqırımı və Sumqayıt təxribatı haqda tam obyektiv və yaxud da müəyyən dərəcədə obyektiv sayıla biləcək yazıların dərci də, hətta bu prosesə "Sumqayıtda baş verənləri azərbaycanlılar törətməmişdideyən erməni kökənli Sergey Kurqinyanın qoşulması da, elə belə deyil". Sahib Alıyev hesab edir ki, bütün bunları Moskva həzm etməyəcək: "Son iki ildə qubernator dəyişiklikləri zamanı Rusiyanın nazirliklərində və yaxud da üzdə olan şirkətlərində çalışan bir sıra yüksək vəzifəlilər quberniyalara hansı sxem üzrə və məqqsədlə göndərilmişdisə, Karen Karapetyan da "Qazprom2dan Ermənistana o məqsədlə göndərilmişdi. O, 2018-ci ildə Serj Sərkisyanı əvəz etməli idi, bundan sonra da onun rəhbərliyi altında çalışmalı deyildi. Sərkisyan isə hələlik öz oynunu oynayır. Böyük Britaniyaya bağlı Armen Sərkisyanı "prezident" təyin etməklə hətta balans yaratmağa və gələcəyini sığortalamağa çalışır.
Amma şahmatçı gedişləri edən Serj Sərkisyan bilməlidir ki, onun bu planı heç də özü üçün yaxşı qurtarmayacaq".
Məhəmməd