İsrail-ABŞ hər an Livana hücum edə bilər
Əl-Rai Əl-Youm qəzetinin iddialarına görə, bir neçə gün əvvəl Livandakı “Hizbullah”ın silahlı birlikləri tam döyüş hazırlığı vəziyyətinə gətiriliblər. Döyüş hazırlıqlarının əsas səbəbi olaraq İsrailin hər an Livana hücum etmə təhlükəsi göstərilir.
9 Mart 2018 13:50 DünyaƏl-Rai Əl-Youm qəzetinin iddialarına görə, bir neçə gün əvvəl Livandakı "Hizbullah"ın silahlı birlikləri tam döyüş hazırlığı vəziyyətinə gətiriliblər. Döyüş hazırlıqlarının əsas səbəbi olaraq İsrailin hər an Livana hücum etmə təhlükəsi göstərilir. Qəzetin iddialarına görə İsrail hal-hazırda ABŞ-la Aralıq dənizinin Şərq hissəsində birgə hərbi təlimlərə başlayıb.
Qəzetin iddialarına görə Tel -Əviv ABŞ rəhbərliyindən Livandakı "Hizbullah" təşkilatının mövqelərinə hücum etmək üçün razılığa gəlib. Martın 1-də Aralıq dənizinə ABŞ donanmasının böyük bir qruplaşmasının daxil olması bu şübhələri daha da artırıb.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.