SAM Yaponiya səfirliyi ilə birgə tədbir keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiya diplomatiyasına həsr edilmiş dəyirmi masa keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiya diplomatiyasına həsr edilmiş dəyirmi masa keçirilib. "OLAYLAR" SAM-a istinadən xəbər verir ki, Yaponiya Baş nazirinin Xüsusi Məsləhətçisi, Keio Universitetinin Sistem Dizaynı və Menecment Fakültəsinin doktoru Tomohiko Taniquçinin iştirakı ilə keçirilən görüşdə SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin müdiri Cavid Vəliyev tədbiri giriş sözü ilə açaraq dəyirmi masa iştirakçılarını Azərbaycan - Yaponiya ikitərəfli münasibətləri, hər iki ölkə arasındakı qarşılıqlı əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri barədə məlumatlandırıb. Daha sonra Dr. Taniquçi "Yaponiya diplomatiyası və geostrateji məqsədləri" mövzusunda məruzə ilə çıxış edərək Yaponiya diplomatiyasının beynəlxalq arenada son 150 il ərzində keçdiyi inkişaf yolu və gələcək perspektivlərinə dair fikirlərini bölüşüb. Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katorinin də iştirak etdiyi dəyirmi masa beynəlxalq münasibətlər, siyasət və diplomatiya üzrə ekspert və mütəxəssislərin Azərbaycanda və dünyada  baş verən aktual məsələlərə dair fikir mübadiləsi və sual-cavab sessiyası ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31