Gündəm
Siyasi mübarizədən qorxub yayınanların mitinq şousu
Azərbaycan bütün istiqamətlərdə olduğu kimi siyasi sahədə də dünyaya örnək ola biləcək bir ölkədir. Ölkədə siyasi plüralizmin tam təmin olunduğu istər siyasi partiyalara olan münasibət, istərsə də onlara yaradılan şəraitlə bir daha təsdiqini tapır. Məlumdur ki, bu gün ölkədə yüzlərlə siyasi partiya mövcuddur və onlar normal qaydada öz fəaliyyətlərini davam etdirirlər.
Sabiq MTN polkovniki ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə bu məhkəmə iclası davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə V. Güləliyev dəymiş ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib.
Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşları tutulub
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin mart ayının 8-də gecə saat 01:25 radələrində Astara rayonu ərazisində DSX Sahil Mühafizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq sərhəd sularımıza daxil olması haqqında məlumat daxil olub.
İtaliyada əməliyyatda 39 nəfər saxlanılıb
İtaliyanın paytaxtı Romada narkotik alverçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Məlumata görə, paytaxtın müxtəlif ünvanlarında aparılan əməliyyat nəticəsində 39 nəfər saxlanılıb. Saxlanılanlara qarşı narkotik vasitə, silah satışı və mafiya faəliyyəti ittihamları irəli sürülüb.
Kabil yenə "partladı" - 7 ölü
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib. Məlumata görə,partlayış nəticəsində azı 7 nəfərin həlak olduğu bildirilib. İlkin məlumata görə, partlayışı intiharçı terrroçu törədib.
Regionların sosial-iqtisadi inkişafı proqramları Cəlilabadın simasını dəyişib
Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində planlaşdırılan bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilib, nəzərdə tutulan layihələr reallaşıb, ölkəmiz siyasi, iqtisadi və hərbi cəhətdən daha da güclənib, ən nəhayət beynəlxalq imici yüksəlib. Etiraf edilməlidir ki, sadalanan uğurlar ölkədə həyata keçirilən uzaqgörən siyasətin məntiqi nəticəsidir. İnamla demək olar ki, yüksək naliyyətlərin əldə edilməsində ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının da müstəsna rolu var.
Çay evində qumarxana aşkarlanıb
Qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Musiqili Teatrda həftəsonu tamaşaları
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 2 gün ərzində 4 tamaşa nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, 10 mart saat 12:00-da “Hacı-Qara” (M.F.Axundzadə), 19:00-da “Nuri-didə Ceyhun” (Ə.Əmirli), 11 mart saat 19:00-da “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları tamaşaları ana dilimizdə təqdim ediləcək. Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb. Kollektiv 11 mart saat 12:00-da rusdilli balaca teatrsevərlərin görüşünə “Bir dayan canavar” (R.Ağayev, A.Xayt, A.Kurlyanski) tamaşası ilə gələcək.
Erməni həyasızlığının daha bir nümunəsi- VİDEO
Ermənilərin Azərbaycan musiqisinə marağı artıq heç kəsə sirr deyil. Onlar bəstəkarlarımızın ən məşhur mahnılarını öz adlarına çıxarmaqda sərhəd tanımır.
Deputatlar arasındakı futbol turnirinin püşkatması keçirilib
Martın 9-da Milli Məclisdə “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalarıarası beynəlxalq futbol turniri” ilə bağlı püşkatma mərasimi olub.“Olaylar” xəbər verir ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandaları qarşılaşacaq.
Şimali Koreyadan Türkiyəyə ŞOK "HÜCUM"
Şimali Koreyadan Türkiyəyə şok kiber hücum olunub. Dünya təhlükəsizlik nəhəngi McAfee Şimali Koreyanın haker qrupu "Hidden Cobra"nın Türkiyədəki maliyyə təşkilatlarına "hücum" etdikləri xəbərini yayıb.
Elgizlə Əli Mirəliyev arasında qalmaqal: "Adını mənə qoyma" - VİDEO
ARB kanalında yayımlanan “Səhər-Səhər” verilişində qalmaqal yaşanıb. Aparıcı Elgiz Əli Mirəliyevi “xəsis” adlandırıb.
Ruhi Əliyevaya vəzifə verildi - FOTOLAR
Biznes-ledi Ruhi Əliyeva Həyat Fondunun səfiri seçilib. Bunu "Xər şey daxil" verlişində Hacı Nuran Hüseynov bildirib. O, canlı efirdə, Ruhiyə sürpriz edib. Biznes-ledi bundan xəbərsiz olduğu üçün həyəcanını gizlədə bilməyib.
Röya ölümündən sonra DƏFN OLUNMAYACAQ - Açıqlaması MƏƏTTƏL QOYDU - VİDEO
Dünən "Hər şey daxil"in qonağı olan əməkdar artist Röya Ayxan etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib. Tolikin "Röya, sən öləndən sonra bəlkə cəsədini Lenin kimi mavzoleydə saxlayaq?" sualına əməkdar artist "Bəli, xahiş edirəm" deyərək razılıq verib. Tolik Röya üçün bunu edəcəyinə söz verib.








.jpg)





