Gündəm

Əsəd Türkiyəni vursa, ABŞ nə edəcək? – Noyert susdu...

9 Mart 2018 12:39

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert Əsəd rejiminin Türkiyəyə müdaxiləsi ilə bağlı suala cavab verə bilməyib. O, jurnalistin “PKK-PYD terror təşkilatı Əsəd rejimi ilə birləşib Türkiyəyə hücum etsə, sizin mövqeyiniz nə olacaq” sualını cavablandırmaqda çətinlik çəkib. “İki, hətta üç ehtimala dayanan bir suala cavab verməyəcəyəm”, - Noyert bildirib.

Azərbaycan Xalq Cümhuriyyəti İli ilə bağlı Daşkənddə bir sıra tədbirlər nəzərdə tutulub

9 Mart 2018 12:38

Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ilə əlaqədar Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu istiqamətdə çoxsaylı tədbirlər keçirəcək. Bununla əlaqədar may ayında Daşkənddə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Özbəkistanın gənclərdən ibarət Simfonik Orkestrinin ifası ilə “Şərqin ilk parlayan ulduzu: Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı böyük konsert proqramının təşkili, “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycanın ədəbiyyat tarixi” adlı kitabın özbək dilində nəşr edilməsi nəzərdə tutulub.

XƏBƏRDARLIQ! Bü gündən intensiv yağışlar başlayacaq

9 Mart 2018 12:34

Azərbaycanın qərb rayonlarından başlayaraq, artıq qeyri-sabit hava şəraiti müşahidə olunmağa başlayıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Xumar Qədimovanın qısa libası oturarkən ona çətin anlar yaşatdı

9 Mart 2018 12:30

Dünən 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə "5/5"-in qonağı Xumar Qədimova olub. Qara rəngli, qısa, parıltılı libası ilə şouya rəng qatan nazlı müğənni divanda əyləşərkən geyiminin qısalığının "cəzasını çəkib".

Anar Nağılbazın qızı efirdə HƏQİQƏTİ AÇIQLADI - O mesajları atama ... - VİDEO

9 Mart 2018 12:28

Reper Anar Nağılbazın keçmiş həyat yoldaşından olan qızı Şərqiyyə anası Anjelika ilə "Hər şey daxil" proqramına gəlib. İntim videosundan sonra gündəmi zəbt edən Anarın keçmiş arvadının qızını öyrədərək ona mesaj yazdırdığı barədə iddialarına Şərqiyyə canlı yayımda cavab verib.

Keçmiş məhkumda 7 kq narkotik vasitə aşkarlanıb

9 Mart 2018 12:20

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb.

Əflatun Amaşov: "Qurultayda medianın iqtisadi gücünün artırılması yollarını müzakirə edəcəyik"

9 Mart 2018 12:17

Bu gün Mətbuat Şurasının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyi və KİV nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər.

Əli Kərimli və onun “5-ci kolon”u özünü necə rüsvay etdi? - 3 FAKT

9 Mart 2018 12:14

Prezident seçkilərinə qalan vaxt azaldıqca çarəsizliyini daha aydın dərk edən radikal müxalifət qüvvələri artıq axırıncı yola əl atıblar.  Seçkidə heç 5 faiz də səs qazana bilməyib rüsvay olacaqlarını yaxşı dərk etdiklərindən namizədliklərini irəli sürməyə belə cəsarətləri çatmayan bu “amerikanski” müxalifət lderləri “suda boğulan saman çöpündən yapışar” misalında olduğu kimi ölkədə baş verən yanğın, ölüm və s. hadisələrdən bəhrələnməyə çalışmaqla kifayətlənməyib, həm də özləri tabeçiliklərində olan şəxslər vasitəsilə təxribatlar törətməyə cəhd göstərirlər.

Avropa Parlamenti Azərbaycan və Rusiyada keçiriləcək seçkiləri müşahidə etməyəcək

9 Mart 2018 12:11

Avropa Parlamenti Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək. Bunu parlamentin demokratiyaya dəstək və seçki koordinasiyası qrupunun deputatları Mak Allister və Mak Avan deyib.

Velosipedə təpik atan gənc 2 aylıq körpənin ölümünə səbəb oldu

9 Mart 2018 12:09

Velosipedə təpik atan 19 yaşlı oğlan 2 aylıq körpənin ölümünə səbəb olub. Hadisə Türkiyənin Adana şəhərində baş verib. Belə ki, 2 ay əvvəl Suriyadan qaçaraq Adanaya qohumlarının yanına gələn Mənsur ailəsi ziyarətdən qayıdarkən bədbəxt hadisə nəticəsində 2 aylıq M.Əsma adlı qızını itirib. İçkili vəziyyətdə yol ilə gedən 5 nəfər gənc velosipedə təpik atıb. Müvazinətini itirən M.Zeynəb qucağında körpəsi ilə yerə yıxılıb.

Bakıda enerji içkisi gənci xəstəxanalıq etdi

9 Mart 2018 12:07

Enerji içkisi gənc oğlanın səhhətində problem yaradıb.  Azərbaycanda mobil oyunların qurucusu Fariz Əkbərov xəstəxanaya yerləşdirilib. Buna səbəb enerji içkisini qəbul etməsi olub. F.Əkbərovun sözlərinə görə, “Hell” içdikdən sonra vəziyyəti pisləşib.

BƏƏ-də keçirilən beynəlxalq mədəniyyət və kulinariya festivalında Azərbaycan da təmsil olunub

9 Mart 2018 12:05

Dünyanın aparıcı ali təhsil ocaqları arasında nüfuzlu yer tutan Paris-Sorbon Abu Dabi Universtitetinin ənənəvi olaraq hər il keçirdiyi beynəlxalq mədəniyyət günü bu il beynəlxalq qadınlar gününə həsr olunub.

Müxalifət səviyyəsiz təbliğat aparır

9 Mart 2018 12:03

“Müxalifətçilər çox səviyyəsiz, yersiz, lazımsız, həm də gülməli təbliğat aparırlar”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib.

Zakir Qaralov Ağcabədidə qəbul keçirəcək

9 Mart 2018 11:59

Baş prokuror Zakir Qaralov martın 16-da saat 10:00-da Ağcabədi Rayon Prokurorluğunun inzibati binasında Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcək.

Messi "Barselona"dan gedir?

9 Mart 2018 11:58

Ötən yay 222 milyon avro ödəyərək Neymarı heyətinə qatan PSJ "Barselona"nı qorxuya salıb. Braziliyalı futbolçuya qədər dünyanın ən bahalı transferi Paul Poqba idi ki, fransalı ulduz "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya keçmişdi.