Gündəm

Çaydan 26 insan əli tapıldı

9 Mart 2018 11:56

Rusiyanın Xabarovsk şəhərindən keçən Amur çayında 26 ədəd insan əli tapılıb. Araşdırmaçılar bunun həmin şəhərdə yaşayan çinlilərə məxsus olduğundan şübhələnirlər. Çünki yerlilər oğurluq edən şəxsi əlini biləyindən kəsərək cəzalandırırlar.

Zaur Xumar Qədimovanın sevgilisi olub? - O kadrlar efirdə göstərildi - VİDEO

9 Mart 2018 11:54

Dünən "5/5" verilişinin qonağı nazlı-qəmzəli Xumar Qədimova olub. Zaurun Xumar Qədimovanı təqdim etdiyi andan verilişin sonuna kimi həyəcanlı olduğu gözdən qaçamyıb. Bunu aparıcı və müğənni də etiraf edib.

Afrindən Xəbər Var

9 Mart 2018 11:53

Türk Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın Afrin şəhərində birgə həyata keçirdikləri “Zeytun budağı” əməliyyatı davam edir. Olaylar.az bildirir ki, əməliyyat zamanı 3149 terrorçu məhv edilib.

Əli Kərimli “Müsavat”a necə kələk gəldi?

9 Mart 2018 11:52

Radikal müxalifət bir tərəfdən mitinlərə hazırlaşır, digər tərəfdən bir-biri ilə mövqe davası aparır. Bunu siyasi ekspertlər də açıqlamalarında daim vurğulayırlar. Ötən həftə Milli Şuranın mitinq keçirmək üçün Bakı meriyasına müraciət etməsinin görünməyən tərəfində digər müxalif güclərin "ofsayd"a salınması təşəbbüsü dayanırdı. Belə ki, prezident seçkiləri ərəfəsində radikal müxalifət bir neçə mitinq keçirməyə söz vermişdi. Müxalif Milli Şuranın lideri Cəmil Həsənli “Musavat” partiyasına və REAL hərəkatına müraciət edərək, birgə mitinqlər təşkilini təklif edib.

Afaq Bəşirqızı xanımlara nə hədiyyə etdi?

9 Mart 2018 11:50

Azərbaycan Dövlət Musiqili Teatrı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi "Açıq qapı” günündə xanımlara hədiyyə olaraq görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” komediyasını təqdim edib. Qurumun mətbuat xidmətindən Olaylar.az- a bildirilib ki, tamaşadakı baş rolu ilə sevimli gülüş ustası, xalq artisti, "Şöhrət ordenli” Afaq Bəşirqızı onun görüşünə gələnlərə unudulmaz, xoş anlar bəxş edib.

Qadın 250 metr hündürlükdən yerə çırpıldı - VİDEO 

9 Mart 2018 11:46

Sidneyin simvolu sayılan Centrepoint Tower-də gəzərkən təhlükəsizlik kəmərini açan turist qadın 250 metr hündürlükdən yerə çırpılıb. Qadın hadisə yerində keçinib.

Karlovun qatilinin şifrəsini ruslar da qıra bilmədi

9 Mart 2018 11:40

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlud Altındaşın telefonunun şifrəsinin qırılması üçün Ankaraya dəvət edilən rus mütəxəssislərdən ibarət həyət uğursuzluğa düçar olub. Bu barədə “CNN Türk” yazıb. Ankaraya gələn rus mütəxəssislər Karlov cinayətinin istintaqını aparan müstəntiqlə görüşüblər. Rus mütəxəssislər Karlovun qatili Mövlud Altındaşın telefonunun şifrəsini qırmağa çalışsalar da, mümkün olmayıb.

Bakının sürüşmə zonalarındakı - Son durum

9 Mart 2018 11:37

Bayıl sürüşmə sahəsində ciddi dəyişiklik yoxdur. Bunu açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Azərbaycanlı müğənni iki uşaq atası olan məşhur İŞ ADAMI İLƏ EVLƏNDİ - VİDEO

9 Mart 2018 11:35

Azərbaycanlı caz ifaçısı Rilaya Hüseynzadə tanınmış iş adamı Andrey Sarıçevlə ailə qurub. Sənətçi ilə iş adamının toyu martın 7-də Bakı restoranlarının birində baş tutub. Müğənni həyat yoldaşı ilə birlikdə toy üçün xüsusi rəqs səhnəsi hazırlayıb. Tanqo üçün gəlinliyini dəyişib alqırmızı libas geyinən ulduz möhtəşəm rəqs nümayiş etdirib. Cütlüyün seksual tanqo rəqsi sosial şəbəkədə marağa səbəb olub.

Çin yuanı beynəlxalq valyutaya çevriləcək

9 Mart 2018 11:32

Çin hökuməti öz maliyyə bazarını yaratmaqla ölkənin pul vahidi olan yuanı beynəlxalq valyutaya çevirmək cəhdlərini davam etdirəcək. “RİA Novosti” agentliyi xəbər verir ki, bunu Çin Milli Bankının rəhbəri Çjou Syaoçuan deyib. 

“Bakı Metropoliteni” işçi axtarır

9 Mart 2018 11:28

“Bakı Metropoliteni” QSC tornaçı peşəsi üzrə işə qəbul elan edir. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, namizəd bu sahədə azı 3 illik təcrübəyə malik, 25-45 yaşlarında, peşə-ixtisas və yaxud ixtisas təhsilli tornaçılar olmalı, torna dəzgahının konstruksiyasını, ayrı-ayrı qovşaqların təyinatını bilməlidir. 

Ermənilər öz məqsədləri üçün "bizimkilərdən" gen-bol istifadə edirlər

9 Mart 2018 11:26

“Ermənilər ölkəmizdə və ölkədən kənarda azərbaycanlılardan ibarət şəbəkə qurur. Təbii kömək edəni çox güclüdür, Avropanın və ABŞ-ın müxtəlif qurumlarında, beynəlxalq təşkilatlarda tədbirlər təşkil edib başda azərbaycanlıları oturdur, "hakimiyyət əleyhinə" adlanan kampaniyalar altında əslində dövlətin nüfuzunu sarsıdan aksiyalar təşkil edir”.

İçərişəhərdə kafe yanıb

9 Mart 2018 11:24

İçərişəhərdə fəaliyyət göztərən kafelərin birində yanğın qeydə alinib. baş verib. Məlumata görə, hadisə gecə saatlarında baş verib. Gecə saat 03 radələrində Bakının Böyük Qala küçəsində yerləşən “Moy dom” kafesinin mətbəxində yanğın olub. Yanğın qısa müddət ərzində söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Azərbaycanlı alimə Oksforddan təklif

9 Mart 2018 11:21

Azərbaycan Milli Elmlər Akademiyasının akadrmiki Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlük təklif edilib. AMEA-dan verilən məlumata görə, sözügedən təşkilatın Ekspertlər Şurası V.Fərzəliyevin beynəlxalq səviyyəli elmi fəaliyyətini, tədqiqatlarının nəticələrinin elm və istehsalın inteqrasiyasına verdiyi töhfəni yüksək qiymətləndirərək bu barədə qərar qəbul edib.

8 Mart hesabatı: PKK 967 qadını edam etdi

9 Mart 2018 11:22

Türkiyənin kəşfiyyat qurumları 8 Mart münasibətilə PKK terror qruplaşmasına cəlb olunan qadınların aqibəti barədə hesabat hazırlayıb.