Ermənilər öz məqsədləri üçün "bizimkilərdən" gen-bol istifadə edirlər
“Ermənilər ölkəmizdə və ölkədən kənarda azərbaycanlılardan ibarət şəbəkə qurur. Təbii kömək edəni çox güclüdür, Avropanın və ABŞ-ın müxtəlif qurumlarında, beynəlxalq təşkilatlarda tədbirlər təşkil edib başda azərbaycanlıları oturdur, "hakimiyyət əleyhinə" adlanan kampaniyalar altında əslində dövlətin nüfuzunu sarsıdan aksiyalar təşkil edir”.
9 Mart 2018 11:26 Siyasət"Ermənilər ölkəmizdə və ölkədən kənarda azərbaycanlılardan ibarət şəbəkə qurur. Təbii kömək edəni çox güclüdür, Avropanın və ABŞ-ın müxtəlif qurumlarında, beynəlxalq təşkilatlarda tədbirlər təşkil edib başda azərbaycanlıları oturdur, "hakimiyyət əleyhinə" adlanan kampaniyalar altında əslində dövlətin nüfuzunu sarsıdan aksiyalar təşkil edir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, ermənilər öz məqsədləri üçün "bizimkilərdən" gen-bol istifadə edirlər: "Hətta valdeynini qətilə yetirdikləri adamları, evlərini dağıtdıqları, nəslini didərgin saldıqları adamları bu şəbəkələrə cəlb edə bilir. Satqınların bir hissəsini Ermənstana da aparıb istifadə edirlər, lazım gələndə. Heç bir erməni buna etiraz etmir. Bilirlər ki, bu satqınlardan erməni maraqları üçün istifadə edilir. Amma bizimkilər bir ermənidən maraqlarımız üçün istifadə etmək istəyəndə aləm qarışır bir-birinə. Bu idarəolunan prosesdir. Sadəcə bəzən prosesə qanmazlıqdan qoşulanlar da var. Lap pisi isə odur ki, belələrinin içərisində universitet müəllimləri, jurnalistlər, elm adamları da var".