Afrindən Xəbər Var

Türk Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın Afrin şəhərində birgə həyata keçirdikləri “Zeytun budağı” əməliyyatı davam edir. Olaylar.az bildirir ki, əməliyyat zamanı 3149 terrorçu məhv edilib.

Türk Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın Afrin şəhərində birgə həyata keçirdikləri "Zeytun budağı" əməliyyatı davam edir. Olaylar.az bildirir ki, əməliyyat zamanı 3149 terrorçu məhv edilib.

Hazırda Türkiyə Silahlı Qüvvələri əməliyyat çərçivəsində Suriyanın Afrin bölgəsinin 60 faizini terrorçulardan təmizləyib. Artıq Afrinin 6 bölgəsindən 5-i - Cinderes, Raco, Şeran, Bülbül və Şeyx Hadid terrorçulardan azad edilib. TSQ sonuncu bölgə olan Mabadlını PKK-dan azad etmək üçün hazırlıqlara başlayıb. Birləşmiş qüvvələr İŞİD, PKK terror qruplaşmasına qarşı mübarizə aparır.

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı yanvarın 20 - də başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31