8 Mart hesabatı: PKK 967 qadını edam etdi

Türkiyənin kəşfiyyat qurumları 8 Mart münasibətilə PKK terror qruplaşmasına cəlb olunan qadınların aqibəti barədə hesabat hazırlayıb. 

Türkiyənin kəşfiyyat qurumları 8 Mart münasibətilə PKK terror qruplaşmasına cəlb olunan qadınların aqibəti barədə hesabat hazırlayıb. Hesabat təslim olan və ya saxlanılan terrorçuların ifadələri, terrorçu mövqelərində ələ keçirilən sənədlərə əsasən hazırlanıb. Hesabatda aldadılaraq terror qruplaşmasına üzv edilən qadınların Qəndildə qul kimi istifadə edildiyi, təcavüz və işgəncəyə məruz qaldığı bildirilib. Bu qadınlardan 12 il ərzində 967 nəfərinin edam edildiyi qeyd olunub.

Hesabatın sonuncu hissəsində isə qruplaşmanın qadın terrorçulardan atışmalar zamanı qalxan olaraq istifadə etdiyi vurğulanıb. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31