Avropa Parlamenti Azərbaycan və Rusiyada keçiriləcək seçkiləri müşahidə etməyəcək
Avropa Parlamenti Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək. Bunu parlamentin demokratiyaya dəstək və seçki koordinasiyası qrupunun deputatları Mak Allister və Mak Avan deyib.
9 Mart 2018 12:11 SiyasətAvropa Parlamenti Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək. Bunu parlamentin demokratiyaya dəstək və seçki koordinasiyası qrupunun deputatları Mak Allister və Mak Avan deyib.
Qeyd edək ki, deputatlar seçkinin nəticələrinə dair heç bir rəy verməyəcək. Buna səbəb deputatlara AP adından seçkiləri müşahidə etmək üçün mandatın verilməməsidir: "Buna görə də hər hansı AP üzvü seçkiləri müşahidə etsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq".
Qeyd edilib ki, yay tətilindən öncə AP Avropa İttifaqı və Azərbaycanın münasibətlərinə dair hesabat qəbul edəcək: "Yalnız bu hesabat AP-ın bu məsələdə rəsmi mövqeyini əks etdirəcək". Azadinform.az