Siyasi mübarizədən qorxub yayınanların mitinq şousu
Azərbaycan bütün istiqamətlərdə olduğu kimi siyasi sahədə də dünyaya örnək ola biləcək bir ölkədir. Ölkədə siyasi plüralizmin tam təmin olunduğu istər siyasi partiyalara olan münasibət, istərsə də onlara yaradılan şəraitlə bir daha təsdiqini tapır. Məlumdur ki, bu gün ölkədə yüzlərlə siyasi partiya mövcuddur və onlar normal qaydada öz fəaliyyətlərini davam etdirirlər.
9 Mart 2018 13:39 SiyasətAzərbaycan bütün istiqamətlərdə olduğu kimi siyasi sahədə də dünyaya örnək ola biləcək bir ölkədir. Ölkədə siyasi plüralizmin tam təmin olunduğu istər siyasi partiyalara olan münasibət, istərsə də onlara yaradılan şəraitlə bir daha təsdiqini tapır. Məlumdur ki, bu gün ölkədə yüzlərlə siyasi partiya mövcuddur və onlar normal qaydada öz fəaliyyətlərini davam etdirirlər. Siyasi palitramıza nəzər salsaq görərik ki, burada həm sağçı, həm solçu, həm mərkəzçi, həm də liberal, sosial, hətta dini yönümlü partiyalar fəaliyyət göstərir. Hər bir siyasi partiya azad, demokratik şəkildə öz fikrini, mövqeyini ifadə etməklə yanaşı, bir sıra məsələlərdə hakimiyyəti, mövcud iqtidarı kəskin şəkildə, sərt tənqid edir, bununla bağlı öz mövqeyini ortaya qoyur. Baxmayaraq ki, əksər hallarda hakimiyyət ünvanına səsləndirilən tənqidlər heç bir məntiqə əsaslanmır və qeyri-obyektiv xarakter daşıyır, buna rəğmən iqtidar bir çox inkişaf etmiş Avropa ölkəlrindən belə fərqli olaraq bütün bunlara dözümlü münasibət göstərir, onların fəaliyyəti üçün heç bir problem yaratmır.
Azərbaycanda siyasi partiyalar ölkədə keçirilən bu və ya digər seçkilərdə də yaxından iştirak edib öz iddalarını ortaya qoyur, mübarizə meydanına atılırlar. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, siyasi partiyaların apardığı seçki mübarizəsi nəticəli olur. Qonşu respublikalar, yaxın-uzaq ölkələrdən fərqli olaraq seçki prosesi kobud şəkildə saxtalaşdırılaraq hakimiyyətin opponentləri prosesdən kənarda qalmır. Bu gün istər qanunverici orqanımız olan Milli Məclis, istərsə də yerli özünüidarəetmə orqanları sayılan bələdiyyələrdə kifayət qədər müxalifət nümayəndələri təmsil olunur, bu orqanların fəaliyyətinə öz töhfələrini verirlər.
Hazırda ölkə prezident seçkiləri ərəfəsindədir və bir aydan sonra baş tutacaq seçkilərdə mübarizə aparacaq namizədlərin siyasi baxışları, tutduqları mövqeyə diqqət yetirdikdə Azərbaycanda siyasi plüralizmin tam təmin olunduğunu aydın şəkildə görə bilərik. Elə Yeni Azərbaycan Partiyasının üzvü Aygün Osmanova da bu qənaətdədir.

O, bildirib ki, aprelin 11-də baş tutacaq prezident seçkilərində iştirak etmək üçün 10-dan artıq namziədinin öz iddiasını ortaya qoyması və seçki prosesinə qoşulması deyilənləri təsdiqləyir: "Göründüyü kimi prezident seçkilərində iştirak etmək, ölkənin bir nömrəli postuna sahib olmaq üçün onlarla şəxs partiyalar tərəfindən namizəd olaraq irəli sürülüb. Eyni şəkildə fərdi şəkildə, müstəqil olaraq seçkilərə qatılmaq istəyini açıqlayan namizədlər var. Onlar arasında həm hakimiyyət, həm müxalifət, həm də müstəqil şəxslərə rast gəlmək mümkündür. Seçkilərin indiyə qədər olan bütün mərhələlərində namizədlərə yaradılan bərabər şərait də Azərbaycanda normal siyasi mübarizə meydanının olduğunu deməyə əsas verir. Yəni özünə, elektoratına güvənən şəxs öz iddiasını ortaya qoyaraq seçki mübarizəsinə qoşulur. Yalnız məhdud sayda elektoratı olan, cəmiyyətdən heç bir dəstək ala bilməyən, indiyə qədər ölkədə keçirilən bu və ya digər seçkilərdən biabırçı məğlubiyyətlə çıxan siyasilər müxtəlif bəhanələr gətirərək seçki mübarizəsinə qoşulmaqdan yayınırlar". Aygün Osmanova deyir ki, həmin qüvvələr isə bir qayda olaraq seçkilər ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyəti pozmağa, gərginlik yaratmağa çalışırlar: "Bu qəbildən olanların bir qayda olaraq səsləndirkləri iddialar isə ondan ibarət olur ki, guya ölkədə normal seçki mühiti yoxdur. Seçki mübarizəsinə qoşulmaq istəyən namizədlərə bərabər imkanlar yaradılmır. Əgər vəziyyət doöurdan da onların dediyi kimi olsaydı Azərbaycan seçkilərə cəmi bir namizədlə gedərdi. Ancaq göründüyü kimi seçki mübarizəsinə kifayət qədər namizəd qoşulub. Onlardan bir çoxu imzatoplama kampaniyasını başa vuraraq imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Seçkilərin bu günə qədər olan mərhələsində heç bir namizədə hər hansı bir ciddi problem yaradılmayıb. Məgər bundan artıq namizədə hansı şərait yaradılmalıdır ki, ondan razı qalıb seçki mübarizəsinə qoşulsun". Aygün Osmanova deyib ki, ölkədəki mövcud ictimai-siyasi vəziyyət, seçkiqabağı yaradılan şərait onu deməyə əsas verir ki, Azərbaycan bu seçkiləri də azad və demokratik şəkildə başa vuracaq, səsvermə günü Azərbaycan xalqı seçki məntəqələrinə gələrək öz etibar etdiyi, güvəndiyi namizədə səs verəcək. Hakim partiyanın üzvü onu da deyib ki, bir qayda olaraq ölkədə keçirilən bu və ya digər seçkilərdən müxalifətin radikal qanadı narazı qalır: "Onların başında isə daha çox şou proqramların mahir aparıcılarını xatırladan Əli Kərimli dayanır. Əli Kərimlinin bu günlərdə president seçkilərinə etiraz əlaməti olaraq təyin etdiyi növbəti mitinq də məhz onun növbəti şousudur". Aygün Osmanova deyib ki, 1000 nəfərlik partiyasını idarə edə bilməyən bir şəxs daha böyük iddialara düşərək xalqı, dövləti idarə etmək istəyir: "Ancaq Əli Kərimli unudur ki, düşdüyü iddianı gerçəkləşdirmək üçün seçki mübarizəsinə qoşulmalıdır. Çünki Azərbaycanda hakimiyyətin, seçkinin taleyini xalq təyin edir. Stadionlara maddiyat qarşılığında yığdığı 100-200 nəfər yox".
Cəmiyyətin hazırkı proseslərə olan münasibəti, ölkədəki mövcud siyasi ab-hava onu deməyə əsas verir ki, hər zamankı kimi bu dəfə də Əli Kərimlinin mitinq taktikası nəticəyə çatmayacaq. Çünki bu taktika xalq tərəfindən dəstəklənmir. Səbəbi Əli Kərimli və kiçicik komandasınn ölkədə xaos, anarxiya yaratmaq cəhdidir. Azərbaycan xalqı isə xaos, anarxiya deyil, sabitlik, siyasi, iqtisadi inkişaf tərəfdarıdır. Həm də hazırda bu kimi aksiyalar üçün heç bir sosial sifariş yoxdur
Füzuli