İtaliyada əməliyyatda 39 nəfər saxlanılıb
İtaliyanın paytaxtı Romada narkotik alverçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Məlumata görə, paytaxtın müxtəlif ünvanlarında aparılan əməliyyat nəticəsində 39 nəfər saxlanılıb. Saxlanılanlara qarşı narkotik vasitə, silah satışı və mafiya faəliyyəti ittihamları irəli sürülüb.
9 Mart 2018 13:21 Dünyaİtaliyanın paytaxtı Romada narkotik alverçilərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Məlumata görə, paytaxtın müxtəlif ünvanlarında aparılan əməliyyat nəticəsində 39 nəfər saxlanılıb. Saxlanılanlara qarşı narkotik vasitə, silah satışı və mafiya faəliyyəti ittihamları irəli sürülüb.
Qeyd olunur ki, həmin şəxslər Romanın şərq rayonlarında narkotik vasitələrin yayılması ilə məşğul olub. Bundan başqa, onlar iş adamlarını təhdid və şantaj etməkdə də ittiham olunub. Trend.az