Atılmışların, satılmışların məkanı

Hər bir demokratik cəmiyyətdə müxalifətin mövcudluğu zəruridir, vacibdir. Çünki bir qayda olaraq müxalifət hakimiyyəti daha məhsuldar, cəhvsiz, səmərəli işləməyə məcbur edir, hakimiyyətin buraxdığı səhvləri, xətaları zaman-zaman tənqid etməklə həmin xətaların həll olunmasına, bir daha təkrar edilməməsinə imkan yaradır. Hakimiyyət də öz növbəsində bir qayda olaraq belə bir müxalifətin mövcudluğundan razı qalır.

Yaxud bir neçə cəbhədə "döyüşən" Cəmil Həsənlinin xalq təəssübkeşliyi

Hər bir demokratik cəmiyyətdə müxalifətin mövcudluğu zəruridir, vacibdir. Çünki bir qayda olaraq müxalifət hakimiyyəti daha məhsuldar, cəhvsiz, səmərəli işləməyə məcbur edir, hakimiyyətin buraxdığı səhvləri, xətaları zaman-zaman tənqid etməklə həmin xətaların həll olunmasına, bir daha təkrar edilməməsinə imkan yaradır. Hakimiyyət də öz növbəsində bir qayda olaraq belə bir müxalifətin mövcudluğundan razı qalır. Həyata keçirdiyi siyasət, apardığı islahatların səhvsiz olmasına çalışır. Qarşılıqlı anlaşmanın, fəaliyyətin, sivil mübarizənin mövcud olduğu bu kimi cəmiyyətlərdə isə ilk növbədə bundan qazanan xalq, dövlət və dövlətçilik olur. Ancaq təəssüflər olsun ki, bu halı Azərbaycana şamil etmək mümkün deyil. Çünki ölkədə fəaliyyət göstərən və özlərini ana müxalifət hesab edən bir neçə partiya əsasən radikal mövqe tutur, hər kəsi, xüsusilə yaxın ətrafdakıları hər şeyə öz prizmasından baxmağa sövq, təhrik edir. Ən acı mənzərə ondan ibarətdir ki, bu düşərgədə təmsil olunan hər bir "öndər" eyni cür düşünür, eyni ideyanı təbliğ edir. Ağsaqqalından tutmuş orta yaşlısına, gəncindən tutmuş yeniyetməsinə qədər. Bəlkə də, gəncləri başa düşmək olar. Çünki günlərlə Əli Kərimlinin mouzələrini dinləyən radikal düşərgənin gənclərinin başqa düşüncə tərzinə malik olmasını ağla gətirmək belə sadəlövhlükdür. Ancaq görəndə ki, ağsaqqal, lakin ağsaqqal adına yaraşmayan Cəmil Həsənli də eyni ilə xaos, anarxist tərəfdarı olan radikal gənclər kimi düşünür, o zaman deməyə söz tapmaq olmur.

Bir vaxtlar Milli Məclisdə deputat kreslosunda əyləşərkən xalqı tamamilə yaddan çıxaran, unudan Cəmil Həsənli bu gün ağız dolusu xalqdan danışır. Onun sosial durumunun ağır olduğunu iddia edir. Əhalinin yaşayış səviyyəsinin aşağı olduğu kimi cəfəng fikirlər səsləndirir. Halbuki Cəmil Həsənli millət vəkili olduğu illərdə qələmə aldığı kitablarda ölkədə uğurla həyata keçirilən islahatlardan, Bu islahatların xalqın rifah halının yaxşılaşdırılmasına xidmət etdiyindən yazırdı. İndi isə valı çevirərək illər əvvəl yazdıqlarını təkzib edir. Bu isə siyasətdə riyakarlıq, ikiüzlülük anlamı verir. Deməli Cəmil Həsənli ya millət vəkili olduğu dönəmlərdə hakimiyyətdən daha çox divident əldə etmək üçün qeyri-səmimi şəkildə məlum kitabları yazıb, ya da indi səsləndirdiyi fikirlərdə səmimi deyil. Bütün halda bunun bir adı var ki, o da siyasi riyakarlıqdır. Əgər cəmiyyətə örnək olmalı olan biri, adını ziyalı qoyan Cəmil Həsənli loru dildə desək bu gün tüpürdüyünü sabah yalayırsa, o zaman onunla eyni düşərgədə təmsil olunan digər radikal meyilli siyasilərdən başqa nəsə gözləməyə dəyməz. İlanlara xas hal və xüsusisyyətlərə uyğun tez-tez qabıq dəyişən Cəmil Həsənli bu hərəkətləri ilə özünün də təmsil olunduğu elm aləminə pis nümunə olur.

Radikalların qocalmış fiquru sayılan Cəmil Həsənli eyni zamanda gənc nəsil üçün də pis örnək nümayiş etdirir, onları sivil mübarizə üsulundan qeyri-sivil metod və mübarizələrə təhrik edir, yönləndirir. Bunu bir müddət əvvəl prezidentliyə namizədliyini irəli sürmüş AĞ Partiyanın sədri Tural Abbaslıya qarşı olan münasibətinbdə də bir daha sərgiləyir, ortaya qoyur. Seçkilərdə namizəd kimi iştirak edən AĞ Partiya sədrini aşağılayan Cəmil Həsənli bununla əslində hansı əqidənin sahibi olduğu ortaya qoyur. Nə siyasətçi, nə ziyalı, nə də ağsaqqala yaraşmayan bu mövqe, davranış bir daha sübut edir ki, Cəmil Həsənli, eləcə də onunla eyni düşərgədə təmsil olunanlar üçün müqəddəs heç bir şey yoxdur. Əks təqdirdə ahıl yaşlarını yaşayan Cəmil Həsənli cəmi 5 il əvvəl Tural Abbaslının onun üçün hansı əzab-əziyyətlərdən keçdiyini xatırlayar, bu cür xətaya yol verməzdi. Məlumat üçün qeyd edək ki, 2013-cü ilin prezident seçkilərində Cəmil Həsənlinin prezidentliyə namizəd kimi imza toplanması kampaniyasına Tural Abbaslı başda olmaqla hazırda AĞ Partiyada təmsil olunan gənclər böyük fədakarlıq nümayiş etdirmişdilər. Həmin fədakarlığın əvəzini isə bu dəfə Cəmil Həsənli siyasi tərbiyəsinə uyğun qaytardı.

Əslində bu düşərgədə olanların davranış və hərəkətlərinə diqqət etdikdə qəribəlik axtarmağa da dəyməz. Çünki atılmışların, satılmışların, istifadə olunmuşların məkanından yalnız bu cür hal və hərəkətlər görmək olar. Çünki bir neçə cəbhədə çoxsaylı üzlər görmüş bu kimi "siyasilər" üçün artıq kimisi hədəf seçmək, qaralamaq, onunla siyasi etikadan kənar şəkildə mübarizə aparmaq adi hala çevrilib. Necə ki, Cəmil Həsənli də eyni xüsusiyyətləri görürük. Şübhə yoxdur ki, sabah daha perspektivli və gələcək təminat üçün imkan yaransa Cəmil Həsənli ardına baxmadan Əli Kərimli və onun dəstəsini də qoyub qaçar. Çünki Əli Kərimlinin yanına kabab iyinə gələn Cəmil Həsənli hələ ki, kababın sür-sümüyünü görür. Ona görə də Həsənlinin bu düşərgədə də duruş gətirməyəcəyi. Əli Kərimlini tərk edəcəyi şübhəsizdir. Kərimlini tərk edən Həsənli hətta cəmiyyətə Kərimli barədə yeni-yeni, xoruz səsi eşitməyən bilgilər də verər. Hər halda Cəmil Həsənlidən bunu gözləməyə dəyər. Çünki qoca qəhrəman bu illər ərzində xeyli yol keçib, təcrübə toplayıb. Həsənlinin toplamış olduğu təcrübə kifayət edir ki, Əli Kərimlidən ayrılan andan onun arxasınca "bəy tərifi" səsləndirsin.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31