Qara dənizə ABŞ dəniz piyadaları gəlib
ABŞ Hərbi Dəniz Donanmasının Oak Hill desant gəmisi İstanbul boğazını keçərək bu səhər Qara dənizə daxil olub. Gəmidə 500 dəniz piyadasının yerləşdiyi bildirilir. Oak Hill gəmisinin martın 15-ə qədər davam edəcək "Dəniz fırtınası 18" hərbi dəniz təlimlərində iştirak edəcəyi gələn xəbərlər sırasındadır.
9 Mart 2018 14:51 DünyaABŞ Hərbi Dəniz Donanmasının Oak Hill desant gəmisi İstanbul boğazını keçərək bu səhər Qara dənizə daxil olub. Gəmidə 500 dəniz piyadasının yerləşdiyi bildirilir. Oak Hill gəmisinin martın 15-ə qədər davam edəcək "Dəniz fırtınası 18" hərbi dəniz təlimlərində iştirak edəcəyi gələn xəbərlər sırasındadır.
Qeyd edək ki, hazırda ABŞ donanmasının
Karni gəmisi Qara dənizdə yeni radio-elektronik döyüş sistemlərinin sınaqlarını keçirir. Ən maraqlı fakt isə odur ki, martın 1-də Aralıq dənizinə ABŞ Hərbi Dəniz Qüvvələrinin böyük bir qruplaşması daxil olub. Bu qruplaşmanın yaxın günlərdə Fars körfəzi
istiqamətində hərəkət edəcəyi ehtimal edilir.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.