Pişik quduzlaşıb, qəsəbədə karantin elan edildi - Türkiyədə

Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsindəki məhəllələrin birində quduz olduğu ehtimal edilən pişik iki qadını dişlədikdən sonra digər ev heyvanlarına hücum edib. 

Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsindəki məhəllələrin birində quduz olduğu ehtimal edilən pişik iki qadını dişlədikdən sonra digər ev heyvanlarına hücum edib. Məlumata əsasən, pişiyin hücumuna məruz qalan qadınlar çətinliklə də olsa, canlarını qurtara biliblər. Sakinlərin şikayəti əsasında məhəllədə altı aylıq karantin elan edilib. Hazırda digər heyvanlar arasında quduzluğun olub-olmaması araşdırılır. Trend.az Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31