Politoloq: “İrəvan seçim qarşısında qalacaq”

Azərbaycanda prezident seçkilərinin Rusiya və Ermənistandakı seçkilərlə demək olar ki, eyni vaxtda keçirilməsi ATƏT-in Minsk qrupunun başçılığı altında aparılan Dağlıq Qarabağ danışıqlarının yubanmasının qarşısını alacaq və ermənilərə bəhanələr verməyəcək. May ayından başlayaraq danışıqların intensivləşməsinin şahidi olacağıq.

Bu fikirləri  açıqlamasında politoloq Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, həmçinin bu bahardan başlayaraq Rusiyada sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq Kreml hakimiyyətinin legitimliyinin oynamasını sezə bilərik: "Mən istisna etmirəm ki, Rusiyanın geosiyasi durumu ilə birbaşa bağlı olaraq Rusiya - Türkiyə arasında anlaşmaya, Bakı və Moskva arasında hər hansı danışıqlara əsasən bir neçə rayonun 2018-ci il ərzində Azərbaycana "hər hansı bir şəkildə verilməsi" ilə bağlı razılaşma əldə olunsun. Ermənistan hakimiyyətinin bununla asanlıqla razılaşmayacağı da məlumdur".

Z. Məmmədov deyib ki, belə olan halda İrəvan seçim qarşısında qalacaq. Ya hərbi yolla məğlub olacaq və beləcə də Bakı rayonlara sahib olacaq, ya danışıqlar yolu ilə özü sakit şəkildə işğal olunmuş ətraf rayonları Azərbaycana qaytaracaq: "Ermənilərin çox bel bağladığı Kollektiv Təhlükəsizlik Təşkilatı Qarabağda müharibə başlayarsa İrəvana kömək etməyəcək". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31