Özəl klinikalar vətəndaşları necə tora salırlar?
Azərbaycanda fəaliyyət göstərən özəl klinikalar əlavə qazanc əldə etməkdən ötrü min cür fırıldağa əl atrılar. Ən acınacaqlısı odur ki, öz məqsədlərinə nail olmaq üçün vətəndaşları aldatmaqdan belə çəkinmirlər.
9 Mart 2018 15:36 SosialAzərbaycanda fəaliyyət göstərən özəl klinikalar əlavə qazanc əldə etməkdən ötrü min cür fırıldağa əl atırlar. Ən acınacaqlısı odur ki, öz məqsədlərinə nail olmaq üçün vətəndaşları aldatmaqdan belə çəkinmirlər. "Olaylar"a daxil olan məlumata görə, özəl klinikaların əl atdıqları fırıldaq üsullarından biri vətəndaşların mobil telefonina zəng edərək onlara şirnikləşdirici təkliflər etməkdən ibarətdir. Belə ki, istənilən mobil telefon nömrəsinə cavab verənə klinika adından bildirilir ki, guya həmin nömrə uduşa düşüb və endirimli müayinəyə gələ bilər. Müştərini cəlb etdikdən sonra isə mərhələli müalicə metodu və bahalı kosmetik dərmanlarla yükləyirlər. Maraqlı məqam ondan ibarətdir ki, müştəriyə təklif olunan kocmetik dərmanların mənşəyi, istehsal tarixi və yeri qeyri-müəyyəndir. Həmin dərmanların isə əks təsir göstərəcəyi barədə zəmanət də yoxdur. Onu da qeyd edək ki, belə zənglər ən çox kosmetoloji müalicə və müayinə ilə məşğul olan klinikalar tərəfindən edilir.