Göyçayın 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

Göyçay rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində rayonun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Göyçay rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində rayonun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Rayonun Bığır kəndində keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində Göyçay rayonunda icra olunan layihələrdən danışıb. "Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov Göyçay şəhərində içməli və kanalizasiya layihələrinin uğurla yekunlaşdığını bildirib. Göyçay şəhər sakinlərinin fasiləsiz içməli su ilə təmin olunduğunu xatırladan sədr müavini qeyd edib ki, növbəti mərhələdə içməli su təchizatının yaxşılaşdırılması layihələri rayonun kəndlərində icra olunub. Ümumilikdə 170 kəndi əhatə edən layihələr çərçivəsində kəndlərdə su təchizatı infrastrukturları yaradılıb və bu sahədə işlər 2018-ci ildə də davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31