Gündəm
Dünyanın sonuna 117 il qalıb? - Alimlərdən şok xəbərdarlıq
Əfqanıstan sərhədində 2 ölkə ordusuna həyəcan verildi
Rusiya və Tacikistan hərbçiləri Əfqanıstanla sərhəd ərazidə genişmiqyaslı birgə təlimlər keçirib. Bu barədə “Zvezda” informasiya yayıb.
Rəqsanə belini göstərdi, hamı tənqid etdi
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə hər kəsi təəccübləndirən fotolar paylaşıb. Bir müddət əvvəl Rusiyaya köçən ifaçı instaqram səhifəsində yeni klip çəkdirməyə hazırlaşdığını bildirib.
“AtraBank”ın İdarə Heyətinin sabiq sədri barəsində cinayət işi məhkəməyə göndərilib
Baş Prokurorluq Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ilə əlaqəli şəkildə ləğvetmə prosesində olan bankların korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərinin ifşa edilməsi istiqamətində ardıcıl tədbirlərin icrasını davam etdirir.
Məşhur model homoseksual çıxdı? - Özü AÇIQLADI - VİDEO
Gənc olmağına baxmayaraq dünyaca məşhur 22 yaşlı model Kendall Jenner homoseksual olduğu barədə iddialara cavab verib. Cazibədar model deyib ki, "Biseksual, ya da homoseksual olmaqla bağlı bir problemi yoxdur. Əvvəllər belə bir şey yaşamamışam. Gizlədəcək heç nəyim yoxdur" cavabını verib.
İstanbulda antiterror ƏMƏLİYYATında saxlanılanlar var
İstanbul polisi antiterror əməliyyatı keçirib. Əməliyyat nəticəsində 100 PKK terror təşkilatının üzvü saxlanılıb. Məlumata görə, antiterror əməliyyatları digər şəhərlərdə də keçiriləcək.
Kürdəmirdə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib
Kürdəmirdə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə “Made in Azerbaijan” brendi, investisiya təşviqi sənədi, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, biznesdə İKT-dən istifadə mövzularını əhatə edən treninqlərdə investisiya təşviqi sənədinin alınması və bu sənədi alan sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, biznesdə sığortanın əhəmiyyəti və s. barədə ətraflı məlumat verilib.
Paytaxtda kütləvi dava baş verib
Bakının Xətai rayonunda bıçaqlanma ilə nəticələnən kütləvi dava baş verib. Məlumata görə, hadisə rayonun NZS qəsəbəsidə qeydə alınıb. Belə ki, NZS qəsəbəsində 18 yaşlı Mustafayev Fərid Müşfiq oğlu və 1998-ci il təvəllüdlü Əhmədov Zöhrab İsmayıl oğlu ümumilikdə 4 nəfər tanımadığı şəxslə dava edib.
Fuad Muradov Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb. “Olaylar” xəbər verir ki, Milli Məclisdə keçirilən görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və 12 nəfər “kempo”çu iştirak edib.Görüşdə çıxış edən Ə.Hüseynli bu idman növünün hüquqi istiqamətlər baxımından inkişaf etdirmək yönündə öz tövsiyələrini verib.
Ermənilər yenə ağır texnikaya əl atdı
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.
Bayram günlərində “Azəriqaz” gücləndirilmiş rejimdə çalışacaq
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə martın 20-dən 26-dək gücləndirilmiş iş rejimində işləyəcək.
“Əməyin gələcəyi” mövzusunda dəyirmi masa keçirilib
ADA Universitetində Ekspo 2025 Ümumdünya Sərgisinə namizəd ölkə Azərbaycan tərəfindən təqdim edilmiş mövzulardan biri olan “Əməyin gələcəyi” ətrafında dəyirmi masa arxasında müzakirə keçirilib.
İşə qəbul üzrə müsabiqə başa çatıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqə yekunlaşıb. İdarədən “OLAYLAR”-a bildirilib ki, nəticələrə əsasən, müsabiqənin bütün mərhələlərində uğurlu nəticə göstərmiş şəxslər TDM-də metodist (mentor) vəzifəsinə işə qəbul olunub.
Prezident İlham Əliyev Paraqvay Senatının sədrini qəbul edib
Prezident İlham Əliyev martın 16-da Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Şeyxin sinif yoldaşı: “Qonşu kənddən qız ona məktub yazmışdı, üstü açıldı”
"Bölgələrdə o vaxtlar orta məktəblər az idi. Bizim kənddə tam orta məktəb var idi deyə onlar 8-ci sinfi bitirdikdən sonra təhsillərini davam etdirmək üçün bizim kəndə gəldilər. Allahşükür də qonşu Cil kəndində anadan olub və aşağı sinifləri orada oxuyub. Dinin əlifbasını atamın yanında öyrənib.














