Fuad Muradov Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb. “Olaylar” xəbər verir ki, Milli Məclisdə keçirilən görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və 12 nəfər “kempo”çu iştirak edib.Görüşdə çıxış edən Ə.Hüseynli bu idman növünün hüquqi istiqamətlər baxımından inkişaf etdirmək yönündə öz tövsiyələrini verib.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb. "Olaylar" xəbər verir ki, Milli Məclisdə keçirilən görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və 12 nəfər "kempo"çu iştirak edib.Görüşdə çıxış edən Ə.Hüseynli bu idman növünün hüquqi istiqamətlər baxımından inkişaf etdirmək yönündə öz tövsiyələrini verib. Görüşdə həm də Kempo idman növü, eyni zamanda idmanın inkişafı ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, kempo döyüş sənətinin tarixi çox qədimdən başlayır. Ruslar onu "Əlbəyaxa döyüş", çinlilər "Tsuan-fa", yaponlar "Kempo" deyərək adlandırırlar. Bu idman növü özündə döyüş fəndlərindən başqa ilk yardım, təbii üsullarla müalicəni cəmləşdirir. Müasir dövrdə Kempo döyüş sənətində bir neçə istiqamətlər inkişaf etdirilir.Federasiya üzvləri görüşdən sonra Milli Məclisin iclas zalı ilə tanış olub, Heydər Əliyev muzeyinə baş çəkiblər. Sonda onlarla xatirə şəkli çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31