“Əməyin gələcəyi” mövzusunda dəyirmi masa keçirilib
ADA Universitetində Ekspo 2025 Ümumdünya Sərgisinə namizəd ölkə Azərbaycan tərəfindən təqdim edilmiş mövzulardan biri olan “Əməyin gələcəyi” ətrafında dəyirmi masa arxasında müzakirə keçirilib.
16 Mart 2018 11:21 SosialADA Universitetində Ekspo 2025 Ümumdünya Sərgisinə namizəd ölkə Azərbaycan tərəfindən təqdim edilmiş mövzulardan biri olan "Əməyin gələcəyi" ətrafında dəyirmi masa arxasında müzakirə keçirilib.
Ekspo 2025 Bakı Əməliyyat katibliyindən "OLAYLAR"-a bildirilib ki, müzakirədə Əmək və Əhalinin Sosial Müdafıəsi nazirliyinin nümayəndəsi Rəna Abdullayeva, əmək bazarı üzrə ekspert İlkin Nəzərov, Ekspo 2025 Bakı mövzu liderlərindən biri Məryəm Qafarzadə, həmçinin, riyaziyyat təsisçisi Əli Mərdanov iştirak ediblər. Rəna Abdullayeva tələbələrə demoqrafiya və texnologiyanın təsirləri məzmununda Azərbaycan iqtisadiyyatının qarşısında duran çətinliklər barəsində ətraflı məlumat verib. Azərbaycan əhalisinin dünyanın ən gənc əhalilərindən biri olması faktını qeyd edərək, diqqətini uzunmüddətli proqnozlara və əhalinin demoqrafik strukturunun dəyişilməsinə yönəldib və Azərbaycan hökumətinin bu sahələrdə islahatlar apardığına istiqamətləndirib. Nazirlik nümayəndəsi hal-hazırda Azərbaycan əhalisinin 71.3%-ni 15-64 yaş arası insanların, 14 yaşa kimi olan uşaqların isə 22% təşkil etdiyini bildirib.