Gündəm

Ziya Məmmədovun qardaşı oğluna maşın təkilf olundu - MƏHKƏMƏDƏ

16 Mart 2018 12:24

Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.  Məlumata, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Elnur Məmmədovun (Ziya Məmmədovun qardaşı oğlu) prosesə gəlmədiyi elan edilib.

Azərbaycan regional və beynəlxalq məsələlərin müzakirə edildiyi məkana çevrilib

16 Mart 2018 12:19

Azərbaycan yerləşdiyi coğrafiyada oynadığı rol, malik olduğu nüfuz, eyni zamanda nümayiş etdirdiyi mövqeyə görə mühüm məsələlərin müzakirə edildiyi, çoxtərəfli əməkdaşlıq təşəbbüslərinin reallaşdırıldığı məkana çevrilib. Son iki ildə dünyanın əsas iki güc mərkəzi, Rusiya və Birləşmiş Ştatların hərbi rəsmilərinin bir neçə dəfə Bakıda bir araya gəlməsi, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, həmçinin digər formatlarda keçirilən görüşlər bunun əyani sübutudur. Bundan başqa Azərbaycan müntəzəm olaraq dinlərarası, mədəniyyətlərarası forumlara evsahibliyi edir ki, bu da öz növbəsində ölkəmizin qlobal məkanda dialoqa, barışa, qarşılıqlı anlaşmaya üstünlük verdiyinin göstəricisidir.

Azərbaycan əhalisinin sayı açıqlanıb

16 Mart 2018 12:17

Bu ilin yanvar ayında Azərbaycanda əhalinin sayı 6765 nəfər artaraq fevral ayının 1-i vəziyyətinə 9 904 850 nəfərə çatıb. 

Erməni ekspert: “Əgər sən əski parçasısansa, kimin əlində olmağının nə fərqi var?”

16 Mart 2018 12:15

“Mənə görə, əsas təhlükə ondan ibarətdir ki, millətim kölələşdirilir, pulun girovuna çevrilir. Bu gün dükançılar ölkənin sahiblərinə çevriliblər və onlar üçün cəmiyyət anlayışı ümumiyyətlə yoxdur. Bu insanlar ancaq şəxsi məsələlərin həlli ilə məşğuldurlar”. Məlumata görə, bunu Moskvada yaşayan müstəqil erməni ekspert Arbak Xaçatryan Ermənistanın “1in.am” saytına müsahibəsində deyib.

Məmmədyarov: "İraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün İşçi qrup yaradılıb"

16 Mart 2018 12:13

Azərbaycan Xarici İşlər Nazirliyiİraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsini diqqətdə saxlayır. Xarici işlər naziri Elmar Məmmədyarovdeyib ki, Azərbaycanın İraqdakı səfirliyi bununla məşğuldur: “Bu, o qədər də asan məsələ deyil. Orada uşaqlar, qadınlar var. Biz oradakı yerli hakimiyyətlə əlaqədəyik. İlk növbədə araşdırılmalıdır ki, onlar İraqa  niyə gediblər, hansı fəaliyyətlə məşğul olublar?”.

Nazir: "Seçkilərdən sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik"

16 Mart 2018 12:12

"Həmsədrlər regiona sonuncu dəfə gələndə razılığa gəldik ki, seçkilər keçsin, sonra intensiv şəkildə danışıqları davam etdirəcəyik". Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, nazirlərin və prezidentlərin sonuncu görüşlərində həmsədrlər tərəfindən məsələnin yerindən tərpədilməsi üçün kreativ fikirlər səsləndirilib. "Hər iki ölkədə yeni hökumət qurulandan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik", - deyə o qeyd edib.

Ən az şikayət olunan rayonun siması tamamilə dəyişib

16 Mart 2018 12:06

Azərbaycan Respublikasında həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri ölkədə davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olmaqdır. Bunun üçün hazırkı mərhələdə iqtisadiyyatın şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür.

FHN-in Akademiyası kursant qəbulu elan edib

16 Mart 2018 11:58

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2018/2019-cu tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edir. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, akademiyada “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil müddəti 4 ildir.

Hökumət bu gün parlamentdə hesabat verəcək

16 Mart 2018 11:57

Milli Məclis bu gün növbəti iclas keçirəcək. Məlumata görə, iclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı”dır. İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcək, müvafiq təkliflər səsləndiriəcəklər.

Böyükağa Hacıyev vəfat etdi

16 Mart 2018 11:56

“Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev vəfat edib. Məlumata görə, ağır xəstəlikdən əziyyət çəkən mütəxəssis bu gün dünyasını dəyişib. Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan Hacıyevın durumu get-gedə pisləşirdi. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra “Medical Plaza”ya köçürülmüşdü.

Makron Rusiyanı boykot etdi

16 Mart 2018 11:55

Fransa Prezidenti Emmanuel Makron Paris Kitab Salonunda Rusiya stendini ziyarətdən imtina edib. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya nümayəndə heyətinin üzvü Yevgeni Rezniçenko söyləyib. Onun sözlərinə görə, Yelisey sarayı artıq bununla bağlı Rusiya səfirliyinə məktub göndərib. O, Makronun bu addımını provokasiya adlandırıb.

Albaniya prezidenti: “Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq”

16 Mart 2018 11:54

“VI Bakı Qlobal Forumunu yüksək qiymətləndirirəm”.   Bunu Albaniya prezidenti İlir Meta deyib.

Nazir: “Heç bir ölkə BMT TŞ-nin qətnamələrinin icrasına yardım göstərməyib”

16 Mart 2018 11:51

BMT TŞ-nin Dağlıq Qarabağmünaqişəsi ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.  Nazir bildirib ki, bunlarla yanaşı,  5783 saylı qətnamə də var.

Qızı zorlanan atadan ƏXLAQSIZ TƏKLİF - 20 manat qarşılığında ...

16 Mart 2018 11:50

Antaliyanın Manavqat vilayətində doğma qızı təcavüzə məruz qalan ata 14 yaşlı S.Ç. adlı qonşu qızına 40 TL (təxminən 20 manat) verib, onu masaj etməyini istəyib. Məhkəmə qıza təcavüz edən qonşunu 10 il azadlıqdan məhrum edib. Remzi Erdem (54) adlı şübhəlinin öz qızı 2009-cu ildə təcavüzə məruz qalıb.