Böyükağa Hacıyev vəfat etdi
“Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev vəfat edib. Məlumata görə, ağır xəstəlikdən əziyyət çəkən mütəxəssis bu gün dünyasını dəyişib. Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan Hacıyevın durumu get-gedə pisləşirdi. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra “Medical Plaza”ya köçürülmüşdü.
16 Mart 2018 11:56 Sosial"Neftçi"nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev vəfat edib. Məlumata görə, ağır xəstəlikdən əziyyət çəkən mütəxəssis bu gün dünyasını dəyişib. Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan Hacıyevın durumu get-gedə pisləşirdi. "Ağ-qaralar"ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra "Medical Plaza"ya köçürülmüşdü.
Ürəyinin fəaliyyəti getdikcə zəifləyən və beynində şiş olan Böyükağa Hacıyev bu gün vəfat edib. Apa.az