FHN-in Akademiyası kursant qəbulu elan edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2018/2019-cu tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edir. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, akademiyada “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil müddəti 4 ildir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2018/2019-cu tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edir. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, akademiyada "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" və "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş Təlim mərkəzi, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsinə verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31