Nepal təbii fəlakət məngənəsində: Həlak olanların sayı 1340-ı keçdi, minlərlə itkin var

Nepalda kəskin leysan yağışlarının törətdiyi güclü torpaq sürüşmələri və dağıdıcı daşqınlar nəticəsində həlak olanların sayı dəhşətli həddə çataraq 1 344 nəfərə yüksəlib.

Musavat.com xəbər verir ki, Nepal Polisinin yaydığı rəsmi məlumata görə, hazırda 4 886 nəfərin (onlardan 698-i xarici ölkə vətəndaşıdır) axtarış-xilasetmə tədbirləri aramsız olaraq davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatları çərçivəsində möcüzəvi hadisə də qeydə alınıb. Belə ki, xilasedicilər Trişuli çayı üzərində yerləşən Su Elektrik Stansiyasının su basmış tunelindən iki fəhləni subasma başlayandan tam 9 gün sonra sağ çıxarmağı bacarıblar.

Müxtəlif dərəcəli xəsarətlər alan və kəskin oksigen çatışmazlığından əziyyət çəkən zərərçəkənlər təcili hospitala yerləşdirilib. Müvafiq qurumlar tunellər zonasında axtarışları davam etdirir, çünki oradakı çətin keçilən yerlərdə daha 150-yə yaxın insanın qala biləcəyi ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31