Məmmədyarov: "İraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün İşçi qrup yaradılıb"

Azərbaycan Xarici İşlər Nazirliyiİraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsini diqqətdə saxlayır. Xarici işlər naziri Elmar Məmmədyarovdeyib ki, Azərbaycanın İraqdakı səfirliyi bununla məşğuldur: “Bu, o qədər də asan məsələ deyil. Orada uşaqlar, qadınlar var. Biz oradakı yerli hakimiyyətlə əlaqədəyik. İlk növbədə araşdırılmalıdır ki, onlar İraqa  niyə gediblər, hansı fəaliyyətlə məşğul olublar?”.

Azərbaycan Xarici İşlər Nazirliyiİraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsini diqqətdə saxlayır. Xarici işlər naziri Elmar Məmmədyarovdeyib ki, Azərbaycanın İraqdakı səfirliyi bununla məşğuldur: "Bu, o qədər də asan məsələ deyil. Orada uşaqlar, qadınlar var. Biz oradakı yerli hakimiyyətlə əlaqədəyik. İlk növbədə araşdırılmalıdır ki, onlar İraqa  niyə gediblər, hansı fəaliyyətlə məşğul olublar?".

E. Məmmədyarovun sözlərinə görə, artıq Nazirlər Kabinetində bununla bağlı İşçi qrup fəaliyyət göstərir: "Orada həm Xarici İşlər Nazirliyinin, həm də digər qurumların nümayəndələri təmsil olunur". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31