Azərbaycan regional və beynəlxalq məsələlərin müzakirə edildiyi məkana çevrilib

Azərbaycan yerləşdiyi coğrafiyada oynadığı rol, malik olduğu nüfuz, eyni zamanda nümayiş etdirdiyi mövqeyə görə mühüm məsələlərin müzakirə edildiyi, çoxtərəfli əməkdaşlıq təşəbbüslərinin reallaşdırıldığı məkana çevrilib. Son iki ildə dünyanın əsas iki güc mərkəzi, Rusiya və Birləşmiş Ştatların hərbi rəsmilərinin bir neçə dəfə Bakıda bir araya gəlməsi, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, həmçinin digər formatlarda keçirilən görüşlər bunun əyani sübutudur. Bundan başqa Azərbaycan müntəzəm olaraq dinlərarası, mədəniyyətlərarası forumlara evsahibliyi edir ki, bu da öz növbəsində ölkəmizin qlobal məkanda dialoqa, barışa, qarşılıqlı anlaşmaya üstünlük verdiyinin göstəricisidir.

Bakıda XİN rəhbərləri səviyyəsində keçirilən dördtərəfli görüş belə deməyə əsas verir

Azərbaycan yerləşdiyi coğrafiyada oynadığı rol, malik olduğu nüfuz, eyni zamanda nümayiş etdirdiyi mövqeyə görə mühüm məsələlərin müzakirə edildiyi, çoxtərəfli əməkdaşlıq təşəbbüslərinin reallaşdırıldığı məkana çevrilib. Son iki ildə dünyanın əsas iki güc mərkəzi, Rusiya və Birləşmiş Ştatların hərbi rəsmilərinin bir neçə dəfə Bakıda bir araya gəlməsi, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, həmçinin digər formatlarda keçirilən görüşlər bunun əyani sübutudur. Bundan başqa Azərbaycan müntəzəm olaraq dinlərarası, mədəniyyətlərarası forumlara evsahibliyi edir ki, bu da öz növbəsində ölkəmizin qlobal məkanda dialoqa, barışa, qarşılıqlı anlaşmaya üstünlük verdiyinin göstəricisidir.

Bu günlərdə Bakı daha iki mühüm əhəmiyyət kəsb edən görüşə evsahibliyi etdi. Biri VI Qlobal Forum, digəri isə Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin görüşü idi. Qeyd edək ki, Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirləri ilk dəfədir ki, dördtərəfliformatda bir araya gəlirlər və həmin görüş də məhz Bakıda keçirilir. Qarşılıqlı anlaşma və səmimi mühitdə baş tutan görüşdə xarici siyasət idarəsi rəhbərləri birgə bəyanat da imzalayıblar. Bəyanatda qeyd edilir ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin norma və prinsiplərinə sadiqliklərini vurğulayıblar;
Həmçinin XİN rəhbərləri regionda sülhün, sabitliyin, rifahın möhkəmlənməsinə xidmət edəcək dərin tarixi köklərə və mədəni əlaqələrə əsaslanan dörd ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək ilə bağlı sadiqliklərini bir daha təsdiq ediblər. Ölkələr arasında əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə edib və inkişaf etmiş tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsində güclü öhdəliklərini bildiriblər.

Dörd ölkənin xarici siyasət idarəsi rəhbərlərinin imzaladığı Bakı Bəyannaməsində həmçinin regional sülh və sabitliyin möhkəmlənməsində ortaq maraqlar vurğulanıb və bu kontekstdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, o cümlədən regionda bütün münaqişələrin sülh yolu ilə həlli kimi beynəlxalq hüquq prinsiplərinə sadiqlikləri qeyd edilib. 
Dörd ölkənin xalqlarının rifahının təmin edilməsi məqsədilə bütün mümkün sahələrdə dördtərəfli əməkdaşlığın araşdırılması və genişləndirilməsi ilə bağlı tərəflər razılaşma əldə ediblər.
Ümumiyyətlə, Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin Bakı Bəyannaməsində tərəflər bütün mümkün istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini ifadə ediblər.

Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin Bakı görüşü ekspertlər tərəfindən də yüksək dəyərləndirilib. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında siyasi-iqtisadi əməkdaşlığın yeni formatı təsis edilib. Onun sözlərinə görə, hazırda Türkiyə-Azərbaycan və Gürcüstanın üçtərəfli əməkdaşlıq formatı fəaliyyət göstərir. Bu format strateji əhəmiyyət kəsb edən sahələri əhatə edərək, üç ölkə arasında siyasi inteqarasiyaya xidmət edir: "Vurğulamaq lazımdır ki, Bakı-Tiflis-Qars dəmir yol xətti çəkiləndən sonra İranın da regiona marağı artdı. Çünki, Birləşmiş Ştatların İrana qarşı kəskinləşən siyasəti fonunda rəsmi Tehranın yeni formatlar arayışında olduğu zərurətə çevrilib. Göründüyü kimi regional şərtlərin dəyişdiyi və Azərbaycanın regional layihələrin əsas iştirakçısına çevrilməsi, rəsmi Tehranın Azərbaycanla birgə yeni formatda təmsil olunmasına zəmin yaratdı". Politoloq deyib ki, Bakıda keçirilən dördlük formatı, ilk növbədə bu ölkələrin iqtisadi əməkdaşlığını inkişaf etdirəcək: "Həmçinin Ermənistanın iqtisadi izolyasiyasına səbəb olacaq. Sirr deyil ki, bir müddət bundan əvvəl Ermənistanla İran arasında nəqliyyat və digər sahələrdə yeni planlar hazırlanırdı və müqavilələr imzalanmaq üçün qarşlıqlı səfərlər həyata keçirilirdi.Azərbaycanın geniş və perspektivli regional nəqliyyat və enerji lahiyələrini reallaşdırması, İranın Ermənistanı deyil, Azərbaycana üstünlük verməsinə səbəb oldu. Bu gün İran Şimal-Cənub nəqliyyat dəhlizi üzərindən Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə öz yükdaşımalarını Avropaya daşımasına nail olacaq. Qeyd edim ki, İran kiçik xərc çəkməklə bu imkanlardan geniş istifadə etməyə nail olur. Əgər, bu layihələri Ermənistan üzərindən reallaşdırmağa çalışsaydı, bu imkansız olacaqdı". Politoloq deyib ki, Bakıda dördtərəfli format İranın iştirakı, bu ölkənin Azərbaycana qarşı nəhayət ki, siyasi baxışlarında müsbət irəlləyişlərə nail olunması üçün yeni imkanlar açacaq: "Çünki, rəsmi Tehran Azərbaycanın regional əhəmiyyətinin artacağından dolayı daima Ermənistana reveranslar edib, rəsmi Yerevana siyasi-iqtisadi dəstək olub. Hazırda regional siyasi şərtlər dəyişməklə, İranla sıxlaşan iqtisadi əməkdaşlığı siyasi müstəviyə keçirmək vaxtıdır. Təbii ki, burada əsas tərəf İrandı. Çünki, Azərbaycan daima İranın maraqlarına qarşı heç bir zaman zidd siyasət aparmayıb. Nəhayət, İran rəsmiləri anlamalıdır ki, regionda əsas tərəfdaş ölkə Azərbaycandır. Ermənistanla əməkdaşlıq və bu ölkəyə dəstək siyasəti uzaq perspektivdə heç nə vəd etmir". Məhəmməd Əsədullazadə qeyd edib ki, Bakıda -dördlük formatı çərçivəsində görüş Azərbaycanın siyasi-iqtisadi imkanlarını genişləndirir: "Bu əməkdaşlıq formatı imkan verə bilər ki, İranla hələki həllini gözləyən Xəzərin yekun hüquqi statusu ilə bağlı ümumi konsensusa gəlinsin. Bu istiqamətdə Türkiyənin də İranın mövqeyinə təsir edə biləcək gücdə olduğu və bunu aparılan intensiv dialoqla yoluna qoyulması mümkündür. Yetər ki, rəsmi Tehran ambissiyalarından əl çəkib, regional əməkdaşlıqda səmimi olsun. Qeyd edim ki, dörd tərəfli XİN rəhbərlərinin görüşündən bir müddət sonra, bu format ölkələrinin prezidentləri bir araya gəlməsi zəruridir. Azərbaycan çalışmalıdır ki, iqtisadi lahiyələrdən Ermənistanı necə uzaq tutdusa, siyasətdə bunun etmək vaxtı gəlib. Bu format çərçivəsində "strateji yol xəritəsinin" imzalanması, ölkəmizin siyasi-iqtisadi inkişafı, Ermənistanın isə təcridini sürətləndirəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31