Nazir: "Seçkilərdən sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik"

"Həmsədrlər regiona sonuncu dəfə gələndə razılığa gəldik ki, seçkilər keçsin, sonra intensiv şəkildə danışıqları davam etdirəcəyik". Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, nazirlərin və prezidentlərin sonuncu görüşlərində həmsədrlər tərəfindən məsələnin yerindən tərpədilməsi üçün kreativ fikirlər səsləndirilib. "Hər iki ölkədə yeni hökumət qurulandan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik", - deyə o qeyd edib.

E. Məmmədyarov seçkilərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyü barədə də danışıb. "Seçkilərdən sonra nazirlərin görüşünün keçirilməsi fikri səsləndirilib. Mən inanıram ki, görüş olacaq, amma nə vaxt olacağını demək hələlik tezdir.  Əvvəlcə gərək hökumət formalaşsın", - deyə o vurğulayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31