Azərbaycan əhalisinin sayı açıqlanıb
Bu ilin yanvar ayında Azərbaycanda əhalinin sayı 6765 nəfər artaraq fevral ayının 1-i vəziyyətinə 9 904 850 nəfərə çatıb.
16 Mart 2018 12:17 SosialBu ilin yanvar ayında Azərbaycanda əhalinin sayı 6765 nəfər artaraq fevral ayının 1-i vəziyyətinə 9 904 850 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 114 nəfər olub. Əhalinin 52,9 %-i şəhər, 47,1%-i kənd sakinləridir, 49,9 %-i kişilər, 50,1 %i isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1004 qadın düşür. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31