Kürdəmirdə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib

Kürdəmirdə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə “Made in Azerbaijan” brendi, investisiya təşviqi sənədi, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, biznesdə İKT-dən istifadə mövzularını əhatə edən treninqlərdə investisiya təşviqi sənədinin alınması və bu sənədi alan sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, biznesdə sığortanın əhəmiyyəti və s. barədə ətraflı məlumat verilib.

Kürdəmirdə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, görüşdə "Made in Azerbaijan" brendi, investisiya təşviqi sənədi, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, biznesdə İKT-dən istifadə mövzularını əhatə edən treninqlərdə investisiya təşviqi sənədinin alınması və bu sənədi alan sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, biznesdə sığortanın əhəmiyyəti və s. barədə ətraflı məlumat verilib. Treninqlərdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, "Biznesdən-biznesə" elektron platformasından istifadə qaydaları, Apellyasiya Şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31