Paytaxtda kütləvi dava baş verib

Bakının Xətai rayonunda bıçaqlanma ilə nəticələnən kütləvi dava baş verib. Məlumata görə, hadisə rayonun NZS qəsəbəsidə qeydə alınıb. Belə ki, NZS qəsəbəsində 18 yaşlı Mustafayev Fərid Müşfiq oğlu və 1998-ci il təvəllüdlü Əhmədov Zöhrab İsmayıl oğlu ümumilikdə 4 nəfər tanımadığı şəxslə dava edib.

Bakının Xətai rayonunda bıçaqlanma ilə nəticələnən kütləvi dava baş verib. Məlumata görə, hadisə rayonun NZS qəsəbəsidə qeydə alınıb. Belə ki, NZS qəsəbəsində 18 yaşlı Mustafayev Fərid Müşfiq oğlu və 1998-ci il təvəllüdlü Əhmədov Zöhrab İsmayıl oğlu ümumilikdə 4 nəfər tanımadığı şəxslə dava edib. Nəticədə adıçəkilən hər iki şəxsin bədənlərinin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurulub. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31