Əfqanıstan sərhədində 2 ölkə ordusuna həyəcan verildi
Rusiya və Tacikistan hərbçiləri Əfqanıstanla sərhəd ərazidə genişmiqyaslı birgə təlimlər keçirib. Bu barədə “Zvezda” informasiya yayıb.
16 Mart 2018 11:46 DünyaRusiya və Tacikistan hərbçiləri Əfqanıstanla sərhəd ərazidə genişmiqyaslı birgə təlimlər keçirib. Bu barədə "Zvezda" informasiya yayıb.
Təlimlər Əfqanıstan-Tacikistan sərhədindən 15 kilometr aralıda yerləşən "Harbmaydon" poliqonunda baş tutub. Hərbçilər Suriyadakı döyüş təcrübəsini nəzərə alaraq, qeyri-qanuni silahlı qruplarla mübarizə aparmaq üçün birgə əməliyyat zamanı planlaşdırma, idarəetmə və qarşılıqlı əlaqə üzərində çalışıblar. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31