Gündəm

Rusiyanın sabiq dövlət katibi: “Dünyada iki böyük imperial güc var: facebook və google”

16 Mart 2018 11:09

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumu bu gün “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panellə davam edib. Məlumata görə, panelin moderatoru Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmir Musa regional təhlükəsizliyə təhdid olan ikiqütblülükdən danışıb.

Livanın sabiq baş naziri: "Regionda baş verənlərin kökündə Fələstin mübahisəsinin həll olunmaması dayanır"

16 Mart 2018 11:06

"Osmanlı İmperiyası dağılandan sonra regionda siyasi faciələr, siyasi şoklar baş verdi. Bölgəyə müdaxilələr oldu və bu, üç qitədə baş verdi. Sivilizasiyalar silkələndi. Bütün bunlar ötən əsrin 40-cı illərindən sonra geniş vüsət aldı”. Məlumata görə, bunu Livanın sabiq baş naziri Fuad Siniora Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumunda “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı paneldə deyib.

53 yaşlı Xalq artisti yarıçılpaq fotolar çəkdirdi

16 Mart 2018 11:04

Xalq artisti Brilliant Dadaşova yeni fotosessiya etdirib. Müğənni bu dəfə fotoqraf Orxan Aslanovun obyektivi qarşısına keçib. B.Dadaşova yarıçılpaq fotolarında zinət əşyalarını nümayiş etdirib. Onun şəkilləri sosial şəbəkədə paylaşılıb.

Tramp həyat yoldaşından boşandı

16 Mart 2018 09:55

 ABŞ prezidenti Donald Trampın böyük oğlu Donaldın həyat yoldaşı Vanessa boşanma ərizəsi ilə Nyu York məhkəməsinə müraciət edib.

Hərbi prokuror silahlılar tərəfindən oğurlandı

16 Mart 2018 09:54

Liviyanın hərbi prokuroru general-mayor Məsud Arhuma naməlum silahlı şəxslər tərəfindən oğurlanıb. Bu barədə yerli “Al Wasat” nəşrinə generalın oğlu Fadıl Arhuma bildirib.

"ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü AÇIQLANDI

16 Mart 2018 09:44

20 – 25 mart Novruz Bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri - iş günü olacaq. Olaylar.az bildirir ki, martın 26-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Nə qədər insan çirkli su içməyə məcburdur?

16 Mart 2018 09:41

2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır. Bu fikirlər “Gəlin suyun hər damlasını qoruyaq: su ehtiyatları sahəsində gündəlik” adlı məruzədə əksini tapıb. Məruzə 11 dövlət başçısının və xüsusi müşavirlərin daxil olduğu qrup tərəfindən hazırlanıb və BMT-nin baş katibinə təqdim edilib.

İraqda ABŞ-ın hərbi vertolyotu qəzaya uğradı

16 Mart 2018 09:40

İraqın Suriya ilə sərhədi yaxınlığında ABŞ-a məxsus "HH-60 Black Hawk" tipli hərbi vertolyot qəzaya uğrayıb. Bu barədə Amerika komandanlığına istinadən ABC telekanalı məlumat yayıb.

Millət vəkilləri telestudiyanın dəhlizində əlbəyaxa oldu

16 Mart 2018 09:38

Ukrayna Ali Radasının deputatları Vadim İvçenko ("Batkivşina" partiyası) və Aleksey Qonçarenko (Pyotr Poroşenko bloku) yerli telekanallardan birində əlbəyaxa olublar.

Muğam Mərkəzində  Aşıq Şəmşirin 125 illik yubileyi keçiriləcək

16 Mart 2018 09:39

Martın 28-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” adlı möhtəşəm layihə çərçivəsində XX əsrin Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri – Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş “Aşıq Şəmşir şeiri” adlı tədbir keçiriləcək.  Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.

"Xınaların şahzadəsiyəm, məndən öyrənsinlər" - Fatma Mahmudova

16 Mart 2018 09:24

Xalq artisti Fatma Mahmudova xına mərasiminə gedən məşhurlardan gileylənib. Aktrisa "Səhər-səhər" verilişində onları qeyri-peşəkar adlandırıb.  F.Mahmudova ən yaxşı xına aparanın özü olduğunu söyləyib:

Muzeydə “Ailə günü” 

16 Mart 2018 09:21

Azərbaycan Xalça Muzeyində Novruz bayramı ilə əlaqədar muzeyin uğurlu “Ailə günü” proqramı çərçivəsində silsilə tədbirlər təşkil olunacaq. Bu tədbirlər Azərbaycanda bayramla əlaqədar nəzərdə tutulan tətil günlərində də davam edəcək. Tədbirin təşkilində məqsəd Bakı sakinlərinə və şəhərimizin qonaqlarına Azərbaycan milli, maddi-mədəni irsini, mədəniyyətimizi təbliğ etməkdir.

Bakıda binalara çəkilən rəsmlər hər kəsin diqqətini çəkir - VİDEO

16 Mart 2018 09:18

İçərişəhərdə və paytaxtın mərkəzi küçələrindən biri olan Lev Tolstoy küçəsində çəkilən, müasir incəsənət növü sayılan "street art”lar (küçə incəsənəti) böyük marağa səbəb olub. Sosial şəbəkələrdə də xeyli müzakirə olunan bu işlərin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Vüsalə Ağarazıyevadır. O, bu əsərləri Daşqın Bayramov və Ağayar Bayruşovla birlikdə ərsəyə gətirib.

Bakıda tanınmış aktyor qəzaya düşdü 

16 Mart 2018 09:16

Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. Həziyev Yasin Qəni oğlu idarə etdiyi "90-XL-449" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb (Maşının benzin nasosu xarab olub). Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb.