Gündəm
Məşhur idmançı sevgilisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜ
İdman dünyası məşhur beysbolçu Danry Vaskesin sevgilisinə qarşı şiddət göstərdiyi görüntülərdən danışır. Hadisənin ABŞ-ın Texas ştatında 2016-cı il avqustun 2-də yaşandığı bildirilir. Venesuelalı idmançı məşqdən sonra bazadan çıxarkən pilləkənlərdə sevgilisini amansızcasına döyür.
Canlı yayımda sevgilisini öldürdü - VİDEO
ABŞ-da ötən ilin iyununda 22 yaşlı sevgilisi Pedro Ruizi canlı yayımda güllə ilə vurub öldürən 20 yaşlı Monaliza Perezə 6 aylıq həbs cəzası verilib. Məşhur olmaq üçün Yutub kanalında müxtəlif videolar yükləyən cütlük ən təhlükəli video çəkəcəklərinə dair anons vermiş, Ruiz sinəsində tutduğu ensiklopediyanın onu güllədən qoruyacağını iddia etmişdi.
Kitab oxuma ənənəsi bərpa olunur
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə “Pilot layihəsi” çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz rayonun mədəniyyət müəssisələrin tanıdılması, əhalinin maarifləndirilməsi, oxucu kontingentinin genişləndirilməsinə yönəlmiş silsilə tədbirlər təşkil etməyə davam edir. Layihə çərçivəsində “Gələcəyin üçün oxu” şüarı altında kitab oxumaq ənənələrinin bərpası məqsədi ilə Qəbələ rayonun Bum qəsəbə ümumi orta məktəbində görüş, Tikanlı kənd tam orta məktəbində “Azərbaycan mədəniyyəti” mövzusunda açıq dərs keçirilib.
3500 terrorçu məhv edildi
Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 3500-ü keçib (3525 nəfər).
Kimya zavodunda partlayış
ABŞ-ın Texas ştatında yerləşən kimya zavodunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər itkin düşüb, daha 1 nəfər isə ağır yaralanıb. Hadisə yerinə ən azı 4 yanğınsöndürən maşın cəlb edilib.
Cümhuriyyətin 100 illiyi silsiləsindən maarifləndirici tədbirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncamların tələblərindən irəli gələrək, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlərini davam etdirir. Olaylar.az bildirir ki, Salyan rayon Peşə Liseyində gerçəkləşən tədbiri giriş sözü ilə təhsil ocağının direktoru açaraq, Fondla əməkdaşlıq nəticəsində görülən işlərdən danışıb. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətova “Cümhuriyyət dövründə ədəbiyyat” mövzusunda mühazirə ilə çıxış edib.
“Əminəm ki, seçkilərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq”
“Əminəm ki, prezident seçkilərindən sonra da Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxlayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq”.
Prezident İlham Əliyev yeni medal təsis edilməsi ilə bağlı qanunu təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.
Araz Abdullayev 41 dəqiqə oynadı
Kipr Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi "Anortosis" doğma meydanda Limassol "Apollon"u ilə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. Araz da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 41-ci dəqiqədə əvəzlənib.
12 minə yaxın uşaq I sinfə qəbulu üçün müraciət edib
Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində bu il birinci sinfə gedəcək 12 minə yaxın uşaq məktəbə qəbul üçün artıq qeydiyyatdan keçib. Təhsil Nazirliyindən verilən məlumata görə, adları qeyd edilən ərazilərdə 17 873 uşaq bu il 1-ci sinfə gedəcək.
Olimpiya çempionu Bakıda keçirilən Dünya Kubokunda çətinləşdirilmiş proqramını nümayiş etdirib
İdman gimnastikası üzrə halqalarda hərəkətlərdə Olimpiya çempionu, yunanıstanlı Elefterios Petrunias Bakıda keçirilən Dünya Kubokunda çətinləşdirilmiş proqramını nümayiş etdirib.
“Huawei” şirkəti çərçivəsiz “Nova 2 Lite” smartfonunu təqdim edib
Çinin "Huawei" şirkəti "Nova" seriyasına aid olan yeni smartfon təqdim edib. "Nova 2 Lite" modeli ilkin sifariş üçün təxminən 192 ABŞ dollarına əlçatandır.
Dodaqlarınız xasiyyətiniz haqda nə deyir? - XARAKTERİSTİKA
Dodaq forması ilə xarakter analizi aparmaq mümkündür. Bəli, düz bildiniz. Qalın dodaqlar məsuliyyət hissinin, nazik dodaqlar naz-qəmzənin göstəricisidir.
“Google” virtual reallıq texnologiyasını yeni səviyyəyə qaldıracaq
İnternet nəhəngi tərəfindən təqdim ediləcək yüksək sıxlıqlı ekran virtual reallıq texnologiyasını daha həqiqi edəcək.
Şəmkir-Gədəbəy yolunda avtomobil aşıb, xəsarət alan var
Şəmkir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Məlumata görə, Şəmkir-Gədəbəy avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.














