Gündəm

Sekuta martın sonunda ABŞ-ın Azərbaycanda səfiri vəzifəsindən gedir

15 Mart 2018 18:51

"Səfir Robert F. Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə, daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxmağa qərar verib". 

Qolf “ağıllı” eynəyi üçün patent hüququ alınıb

15 Mart 2018 18:47

ABŞ-ın “Nike” idman malları istehsalçısı qolf həvəskarları üçün ötürücülər və proyeksiya sistemi ilə təchiz edilən xüsusi eynəyi patentləşdirib.  

Dörd lider ölkədən Rusiyaya qarşı bəyanat

15 Mart 2018 18:41

Böyük Britaniya, Fransa, Almaniya və ABŞ liderləri Rusiyaya qarşı birgə bəyanat yayıblar.  Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, bəyanatda Rusiya İngiltərənin Solsberi şəhərində yaşayan keçmiş agent Sergey Skripal və qızı Yuliya Skripalın kimyəvi silahla zəhərlənməsində günahlandırılır.

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

15 Mart 2018 18:38

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu haqda idarənin xəbərində deyilir. Sanksiyalar siyahısına ABŞ-dakı prezident seçkilərinə müdaxilədə ittiham edilmiş şəxslər və şirkətlər düşüb.

“Ermənistan bu gün kənar dövlət olaraq Azərbaycan ərazilərinə iddialar irəli sürür”

15 Mart 2018 18:27

"Bu gün Azərbaycanda 10 milyon əhali var, titul nümayəndələri 8 milyondan artıqdır, qalanlar isə etnik azlıqlardır. Onlardan 4-nün sayı 100-200 mindən artıq, 5-nin sayı 20-50 minə qədər, qalan 30-a qədər milli azlıqların sayı 10 minə qədərdir. Gördüyünüz kimi ölkəmizin etnik tərkibi kifayət qədər zəngin və qarışıqdır”. 

FİFA təşvişdə, mundial təhlükədə

15 Mart 2018 18:17

FİFA yayda Rusiyada keçiriləcək dünya çempionatının boykot edilməsindən narahatdır. Ali futbol qurumu boykot çağırışlarından təşvişə düşüb. FİFA bununla bağlı sükutu qorusa da, qurumun yüksək vəzifədə yer alan məmurları Sergey Skripalın zəhərlənməsindən sonra gərginliyin kritik həddə çatdığını bildiriblər. 

Britaniya parlamentinə yenə şübhəli predmet daxil olub...

15 Mart 2018 18:14

Bu gün Böyük Britaniya parlamentinə daha bir şübhəli qutu daxil olub. Məlumata görə, bu, son günlərdə London polisini təşvişə salan artıq 3-cü şübhəli predmetdir və hər 3 hal Böyük Britaniya parlamenti ilə bağlıdır.

"İkinci dəfə ailə qurmasını istəyərəm" - Anası Nigardan danışdı

15 Mart 2018 18:12

Müğənni Nigar Camal bu dəfə anası Səidə xanımla fotokamera qarşısına keçib.   Açıqlama verən Səidə xanım qızından danışıb. O, Nigarın sevdiyi və sevmədiklərini açıqlayıb: “Nigar çox təmizkar qızdır. Evdə hər şey yerində olmalıdır. Dalaşmağı yoxdur, amma hər yer çirkli olanda xoşlamır.

Bakı metrosunda sərnişin öldü

15 Mart 2018 18:04

Bakıda metro stansiyasında sərnişin ölüb.  "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 15:35 radələrində metronun "28 May" stansiyasında baş verib: "1953-cü il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Vasif Şamil oğlu 28 may stansiyasına çatanda özünü pis hiss edib və qatardan düşüb.

Məhkəmə 5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə bəraət verdi

15 Mart 2018 18:02

Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Aslanovun barəsində verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Kərimlini "biliyi" peşman etdi: yenə alınmadı

15 Mart 2018 17:59

AXCP sədri Əli Kərimlinin yalnız mitinqlərdə, müsahibələrdə, bir də öz kiçik və rəngli dünyasında "siyasi lider" olması ilə bağlı gümanlar günbəgün güclənir.

Kiyevdə ticarət mərkəzi təxliyə olundu - Bomba ehtimalı

15 Mart 2018 17:57

Ukraynanın paytaxtı Kiyevdə ticarət mərkəzlərindən birində təxliyə başlayıb. Buna səbəb polisə ticarət mərkəzinə partlayıcı qurğu qoyulması barədə məlumatın daxil olması olub.

Vicdanını xaricə satan müxalifət

15 Mart 2018 17:56

Uğursuzluqla nəticələnən "mitinq"dən sonra müxalifət düşərgəsində hər kəsə məlum olan acınacaqlı proseslər daha ağır forma almağa başlayıb. Bu baxımdan, mitinq təşkilatçıları bir-birinin ünvanına müxtəlif ittihamlar səsləndirirlər.

ABB Rusiya və Gürcüstan bazarını tərk edir

15 Mart 2018 17:43

Azərbaycan Beynəlxalq Bankıbəzi törəmə qurumlarının bağlanması barədə qərarına aydınlıq gətirib. ABB-dən verilən məlumata görə, ləğvinə qərar verilən törəmə qurumlar “Bank “MBA-Moskva” (MBA-Moskva), “Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” (ABB-Gürcüstan) bankları və “Biznes-Rabitə” MMC-dir.