Gündəm

Ərdoğan: "İşimiz bitməyincə Afrindən çıxmayacağıq"

15 Mart 2018 17:41

Avropa Parlamenti bu gün Türkiyəni Afrin əməliyyatını dayandırmağa çağıran qətnamə layihəsini səsverməyə çıxaracaq.  Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan AP-nin bu addımını sərt tənqid edib.

“Bakcell” və “Megafun”dan daha bir endirim kampaniyası

15 Mart 2018 17:38

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell”,  “Ulduzum” loyallıq proqramının iştirakçılarını sərfəli təkliflər və kampaniyalarla sevindirməyə davam edir.

AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib

15 Mart 2018 17:36

AMEA Naxçıvan Bölməsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində çap olunan “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, “I Kültəpə və onun ətrafında arxeoloji araşdırmalar” və “Naxçıvan uşaq folklorundan örnəklər” adlı fundamental kitab və monoqrafiyaların təqdimatı olub.

Silsilə oğurluqla məşğul olan şəxs ələ keçib

15 Mart 2018 17:34

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki evlərin birinin həyətindən oğurluq etməkdə şübhəli bilinən V.Novruzov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 13-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki evlərin birinin həyətindən su qızdırıcısı, təmir-tikinti aləti, 2 ədəd pəncərə və qapı çərçivəsi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vahid Novruzov Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Paytaxtda cibgir saxlanıb

15 Mart 2018 17:33

Metronun “28 May” stansiyasında cibgirliklə məşğul olan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 2-də metronun “28 May” stansiyasının platformasında Lerik rayon sakini Fatimə Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov saxlanılmışdır.

Piyadanı vurub qaçan sürücü tutulub

15 Mart 2018 17:32

Paytaxtın Nizami rayonu ərazisində piyadanı vuran sürücü aradan çıxıb. DİN-dən “Olaylar"a verilən məlumata görə, martın 13-də saat 23 radələrində paytaxtın Nizami rayonunun M.Şərifli küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Sarıyev vurulmuşdur.

Tovuz sakinindən narkotik vasitə götürülüb

15 Mart 2018 17:29

Tovuz rayon sakini V.Aslanovdan 498 qram marixuana götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş Vidadi Aslanovdan 498 qram marixuana götürülüb.

Evlərə qənim kəsilənlər ələ keçiblər

15 Mart 2018 17:28

Qobustan qəsəbəsindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də Qobustan qəsəbəsindəki evlərin birindən 845 manat pul və 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nahid Həmidov və Amil Nəcəfli saxlanılmışlar.

Qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

15 Mart 2018 17:25

Martın 15-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və İxraca Nəzarət sahəsində Əməkdaşlıq Bürosunun xarici əlaqələr üzrə zabiti, xanım Karen Çeyson ilə görüşüb.

“İstehlakçı-sahibkar münasibətləri: qarşılıqlı hüquq və vəzifələr”mövzusunda Dəyirmi Masa keçirilib

15 Mart 2018 17:24

Martın 15-də Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların, sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə “İstehlakçı-sahibkar münasibətləri: qarşılıqlı hüquq və vəzifələr” mövzusunda Dəyirmi Masa keçirilib.

İranın neft naziri: "Rusiya OPEC+ anlaşmasından vaxtından əvvəl çıxa bilər"

15 Mart 2018 17:18

Neft hasilatının həcminin azaldılması ilə bağlı anlaşmasının əsas iştirakçılarından biri olan Rusiya anlaşmadan vaxtından əvvəl çıxa bilər. Bunu İranın neft naziri Bican Namdar Zanqane deyib.

Çin nümayəndə heyəti ilə görüş keçirilib

15 Mart 2018 17:18

Bu gün Çin Xalq Respublikası höküməti tərəfindən Azərbaycan Respublikası hökümətinə texniki yardım layihəsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol-istismar texnikaları ilə təmin olunması üzrə icra müqaviləsinin imzalanma mərasimi keçirilib.

Qanvermə aksiyası keçirilib

15 Mart 2018 17:17

Avtomobil Yolları Dövlət Agentliyində qanvermə aksiyası keçirilib. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, "Novruz" bayramı ərəfəsində "Qan verməyə ayrılan bir saat vaxt, bir həyata bərabərdir!" şüarı altında baş tutub. Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Talassemiya Fedarasiyasının və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə keçirilib.