Piyadanı vurub qaçan sürücü tutulub

Paytaxtın Nizami rayonu ərazisində piyadanı vuran sürücü aradan çıxıb. DİN-dən “Olaylar"a verilən məlumata görə, martın 13-də saat 23 radələrində paytaxtın Nizami rayonunun M.Şərifli küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Sarıyev vurulmuşdur.

Paytaxtın Nizami rayonu ərazisində piyadanı vuran sürücü aradan çıxıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 13-də saat 23 radələrində paytaxtın Nizami rayonunun M.Şərifli küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Tofiq Sarıyev vurulmuşdur. T.Sarıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Volkswagen" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Ruslan Talıbzadə saxlanılmışdır. Nizami RPİ tərəfindən araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31