Gündəm
Macarıstanla turizm sahəsində əməkdaşlıq memorandumu imzalanacaq
Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Macarıstan Turizm Operatorları Assosiasiyası (MUISZ) əməkdaşlıq haqqında Memorandum imzalayacaqlar. “OLAYLAR” xəbər verir ki, bu barədə razılıq Azərbaycan Turizm Assosiasiyasının ofisində keçirilən Azərbaycan-Macarıstan dostluq qrupunun üzvləri ilə keçirilən görüş çərçivəsində əldə olunub.
Şagirdlər skolioz xəstəlikləri ilə bağlı maarifləndirilir
Məktəblilərə skolioz xəstəlikləri ilə bağlı təlim keçirilib. “OLAYLAR” xəbər verir ki, “Sağlam Təhsil. Yeniyetmələrin bəlası – Skolioz” adlı layihə çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi valideyn və şagirdləri skolioz xəstəliyi haqqında həkim tərəfindən ətraflı məlumatlandırmaq, gələcəkdə baş verə biləcək xəstəliyi qabaqcadan müəyyənləşdirməkdən ibarətdir.
Mənzil İnşaatı Dövlət Agentliyində gənclər təşkilatları üçün görüş keçirilib
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. “OLAYLAR” xəbər verir ki, gənclər təşkilatlarının fəalları üçün təşkil olunmuş məlumat turunun əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının mənzil təminatı üzrə yeni sosial təşəbbüsünün reallaşdırılması prosesi ilə gəncləri yaxından tanış etmək və ölkədə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində gənclər təşkilatlarının inkişafına töhfə verməkdir.
Şəhər mərhələsinin qalibləri bəlli olub
“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsinin qalibləri bəlli olub. “OLAYLAR” xəbər verir ki, 299 nömrəli tam ota məktəbin XI sinif şagirdi Sevinc Əlizadə, 284 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sürəyya Səttarlı, 297 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aynur Bağırzadə, 198 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nərgiz Babayeva, 26 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Rəşad Hüseynov, 281 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Məryəm Əlizadə, Məktəb Lisey Kompleksinin VIII sinif şagirdi Rəna Şabanzadə və “Gənc istedadlar” liseyinin VIII sinif şagirdi Cabir Məmmədov “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsində iştirak etmək hüququ qazanıblar.
“Enerji səmərəliliyi haqqında” qanun layihəsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının Baş katibi Urban Rusnak, eləcə də dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlərin iştirakı ilə "Enerji səmərəliliyi haqqında” qanun layihəsi üzrə dəyirmi masa keçirilib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, açılış nitqində energetika naziri Pərviz Şahbazov enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar əməkdaşlığa görə Enerji Xartiyası Katibliyinə təşəkkürünü çatdıraraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin əhəmiyyətindən danışıb.
Ruhaninin köməkçisindən – Həyəcan siqnalı
"İpək Yolunun bərpası üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləyirik"- Bakı bəyannaməsi
ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Bakı Bəyannaməsi qəbul olunub.
Məktəbdə dava – FOTO / VİDEO
Bakı şəhər Səbail rayon ərazisində yerləşən 189 nömrəli məktəbdə insident baş verib. Olaylar.az bildirir ki, məktəbdə təhsil alan şagirdlər arasında olan mübahisəyə valideynlər də müdaxilə edib. Məlumata əsasən mübahisə zamanı valideynlər əlbəayaxa olublar.
Azərbaycan və Moldova prezidentləri arasında görüş keçirilib
Mehriban Əliyeva Türkiyə baş naziri ilə görüşüb
Yuşşenko: "Rusiya hegemon güc ola bilməz"
"Biz Dağlıq Qarabağ, Donbas və bir çox münaqişələrin kökünə baxanda qəmgin cavabla rastlaşırıq". Bunu Ukraynanın sabiq prezidentiViktor Yuşşenko deyib. O bildirib ki, bu gün Avropa institutları və BMT-nin simasında elə bir mexanizm yoxdur ki, bu problemləri həll edə bilsin: "26 ildir ki, Dağlıq Qarabağda yaşanan şəri şər adlandıra bilmirik. Bu məsələlərə fərqli yanaşmalar sərgilədiyimiz üçün bunlar həllini tapmır. Başa düşməliyik ki, konflikti dayandırmağın yolu həmrəy olmağımızdır".
Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanda seçki məntəqələri açılacaq
Martın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda seçki məntəqəsi açılacaq. Məlumata görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Andrey Mixalski bildirib.
Aydın Əliyev: “Son iki ildə gömrük orqanları tərəfindən 3 ton 851 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb”
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və İxraca Nəzarət sahəsində Əməkdaşlıq Bürosunun xarici əlaqələr üzrə zabiti Karen Çeyson ilə görüşüb.
Başqa ölkəyə köçərsiniz? Sorğunun nəticələri
“İPM Research” marketinq-məsləhət şirkəti Qafqazda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. 1995-ci ildə yaradılmış bu şirkət Azərbaycan, Ermənistan, Moldova, Belarus və digər ölkələrdə fəaliyyət göstərir. Şirkətin Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyada keçirdiyi yeni sorğuya hər ölkədən 1200 adam cəlb olunub.
Eynşteynin skripkası 516 minə satıldı
Dünyanın ən dahi insanlarından biri kimi qəbul edilən Albert Eynşteynə aid bir skripka hərraca çıxarılıb. Məlumata görə, dünən 139-cu doğum gününü qeyd etdiyimiz Eynşteynin xatirəsi bu gün də yaşayır. Həyatının ən böyük həzzini musiqi dinləyərkən alan alimin istifadə etdiyi skripka Nyu-Yorkda hərraca çıxarılıb. İlkin qiyməti 150 min dollar olan skripka, 516 min dollara satılıb.














