Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycanda seçki məntəqələri açılacaq
Martın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda seçki məntəqəsi açılacaq. Məlumata görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Andrey Mixalski bildirib.
15 Mart 2018 16:59 SiyasətMartın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıda seçki məntəqəsi açılacaq. Məlumata görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Andrey Mixalski bildirib.
O qeyd edib ki, məntəqə səfirliyin konsulluq binasında saat 8-dən saat 20:00-dək açıq olacaq: "Həmin müddətdə Azərbaycanda olan bütün Rusiya vətəndaşlarını səsvermədə iştirak etməyə çağırırıq". Diplomat martın 17-də isə Gəncədə seçki məntəqəsinin açılacağını deyib. Heydər Əliyev meydanındakı İnzibati binada (Rus icması otağı) fəaliyyət göstərəcək məntəqə saat 10-dan 16.00-dək açıq olacaq. Apa.az