Gündəm

İlham Əliyev Merkelə məktub göndərdi

15 Mart 2018 16:51

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

İki qardaşı Bakıda qul kimi işlədənlərə şərti cəza verildi

15 Mart 2018 16:48

Bakı Ağır Cinayətlər Məhkəməsində uzun illər Azərbaycanda yaşlı qardaşları istismar etməkdə və insan alverində ittiham olunan Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrəməhkəmə prosesi  yekunlaşıb.

100-ə yaxın hüquqşünas ədliyyə orqanlarında işə qəbul edilib

15 Mart 2018 16:41

Ədliyyə orqanlarında qulluqla bağlı növbəti müsabiqənin bütün mərhələlərindən keçərək 100-ə yaxın hüquqşünas peşə fəaliyyətinə buraxılıb. Ədliyyə Nazirliyindən “Olaylar”a bildirilib ki, ədliyyə orqanlarına qulluğa qəbul olunmaları ilə bağlı hüquqşünaslarla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib.

Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

15 Mart 2018 16:38

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Monteneqro Parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, sədr bildirib ki, aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“Ölkə bazarında kütləvi surətdə təhlükəli ləpələr var...”

15 Mart 2018 16:36

Novruz bayramı ərəfəsində yarmarkalarda təhlükəli qoz-fındıqların satılması ilə bağlı xəbərlər səngimək bilmir. Bildirilir ki, yığılan qoz-fındıq, ləpələri uzun zaman nəm şəraitdə saxlanılır ki, satanda, çəkisi ağır gəlsin. Bu cür nəm yerlərdə saxlanılan qoz-fındığın isə insan orqanizminə çox böyük təhlükəsi var.  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  bu cür halların baş verdiyini və yarmarkalara nəzarət olunmadığını bildirib: “Bunun nəzdində o dayanır ki, dörd il əvvəl Avropa ittifaqı Azərbaycandan göndərilən külli-miqdarda fındıq-qoz ləpələrini geri qaytardı. Çünki bu qoz ləpələrinin içərisində aflotoksin göbələkləri aşkar edilmişdi. Bunlar çox təhlükəli göbələklərdir. Lakin birinci sual olundu ki, geri qaytarılan qoz və fındıq ləpələri necə oldu?! Əlbətdə ki, Azərbaycan istehlakçılarının boğazına tıxandı”. 

Tədbir görülməsə, bəşəriyyəti fəlakət gözləyir - Alimlərdən xəbərdarlıq...

15 Mart 2018 16:34

Mütəxəssislər həyəcan təbili çalır. Onların iddialarına görə əgər təxirəsalınmaz tədbirlər görülməsə 2080-ci ilə qədər bəşəriyyəti fəalkət gözləyir. Onlar təhlükənin parnik qazlarından havaya buraxılan zərərli tullantılardan qaynaqlandığını bildirirlər.  İddialara görə bu templə davam etsə və önləyici tədbirlər görülməsə bu illər ərzində planetin orta illik temperaturu 4,5 dərəcə yüksələcək və nəticədə minlərlə heyvan növü, o cümlədən də səhra fillərinin və böyük pandaların nəsli yer üzündən silincək.  İlk növbədə planetin 35 regionunun flora və faunası fəlakətlə üzləşəcək.

Azərbaycanın fərdi uçot sistemində hesaba malik şəxslərin sayı 3 597 367 nəfərə çatıb

15 Mart 2018 16:31

Cari ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq qeydiyyata alınan sığortaolunanların sayı 11852 nəfər təşkil edib.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hansı halda ölkədən çıxarıla bilər?

15 Mart 2018 16:28

Dünya ölkələrində baş verən iqtisadi böhran və qanlı olaylar miqrant məsələsini aktiallaşdırıb. Haırda Avropa ölkələrinə köç edən miqrantların sayı artmaqda davam edir. Azərbaycanda da baş verən iqtisadi inkişaf əcnəbi işçi miqrantların diqqətini cəlb edib. Bununla yanaşı, ölkəni qeyri-qanun tərk edərək müxtəlif silahlı birləşmələrə qoşulanlar da yox deyil.

Savçenko komitədən çıxarıldı – Həbsi hazırlanır

15 Mart 2018 16:24

Ukrayna Radası Nadejda Savçenkonu Müdafiə Komitəsindən uzaqlaşdırıb. Buna səbəb Savçenkonun Radada terakt hazırlamaq istəməsi ilə bağlı ittihamlar olub. Savçenkonun komitədən uzaqlaşdırılmasını 269 deputat dəstəkləyib. Deputat Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin də tərkibindən çıxarılıb.

İranda etirazlar qızışdı: qadınlar başaçıq rəqs etdi - Video

15 Mart 2018 16:21

İranda 3 ay əvvəl başlayan küçə nümayişləri yenidən alovlanıb. Ölkənin fərqli yerlərində küçələrə çıxan qadınlar baş örtüklərini çərşənbə tonqallarına ataraq, qadağanın ləğv olunmasını istəyiblər. Onlar həmçinin hicab qadağasına meydan oxuyaraq, başaçıq vəziyyətdə çərşənbə tonqalının ətrafında rəqs ediblər.

İngiltərənin ultimatumuna Rusiyadan cavab

15 Mart 2018 16:17

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Skripal hadisəsi ilə bağlı İngiltərənin mövqeyinə münasibət bildirib. O, açıqlamasında Londonda baş verən Skripal hadisəsinin gizli tərəflərinin açmaq üçün  yeni bir Sherlock Holmesa ehtiyacın olduğunu deyib.

Ağstafa sakininin həyətindən 12 ədəd raket tapıldı

15 Mart 2018 16:10

Ağstafa rayonu, Saloğlu qəsəbəsində raket tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsində mərminin tapılması barədə məlumat daxil olub.

Azərbaycanda dəhşətli hadisə: 32 yaşlı kişi 16 yaşlı oğlanı zorladı

15 Mart 2018 16:08

Quba rayonunda 16 yaşlı oğlan zorlanıb. Rayonun ucqar kəndlərindən birində yaşayan F.M. hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, həmkəndlisi, 32 yaşlı Nicat Mustafayev nəvəsi, 2002-ci il təvəllüdlü T.M.-nı (şərtidir) hədələyərək onunla cinsi əlaqədə olub.

Məşhur markaların məhsullarında TƏHLÜKƏLİ MADDƏLƏR AŞKARLANDI - Alim AÇIQLADI

15 Mart 2018 16:06

Böyük markaların su qablarından suya plastik maddələr keçir. Bununla bağlı 9 ölkədə 250 plastik qab üzərində araşdırma aparılıb. Araşdırmanın nəticələri "Orb" media quruluşu tərəfindən yayımlanıb. Araşdırma nəticəsində 1 litr plastik su qabında 10 plastik parçanın tapıldığı iddia edilir. Bu parçalar insan saçının telindən daha qalındır.