İngiltərənin ultimatumuna Rusiyadan cavab
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Skripal hadisəsi ilə bağlı İngiltərənin mövqeyinə münasibət bildirib. O, açıqlamasında Londonda baş verən Skripal hadisəsinin gizli tərəflərinin açmaq üçün yeni bir Sherlock Holmesa ehtiyacın olduğunu deyib.
15 Mart 2018 16:17 DünyaRusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Skripal hadisəsi ilə bağlı İngiltərənin mövqeyinə münasibət bildirib. O, açıqlamasında Londonda baş verən Skripal hadisəsinin gizli tərəflərinin açmaq üçün yeni bir Sherlock Holmesa ehtiyacın olduğunu deyib.
"Skripal hadisəsi ilə heç bir bağlantımız yoxdur. Bu təxribat xarakteri daşıyıb Rusiyaya qarşı yönəlmiş bir olaydır. Biz məsələni birgə araşdırmağa hazırıq. Biz nə qorxuruq, nə də ki gizlədiləsi bir şeyimiz var". Sergey Skripalın zəhərlənməsində istifadə edilən (noviçok) kimyəvi maddələrə dair Rusiyanın rəsmi görünüşünü dilə gətirən Nebenzya sözügedən maddələrin Rusiyada hazırlanmadığını bildirib.
Qeyd edək ki, Böyük Britaniya hökumətinin iddiasına görə, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış "Noviçok" adlı kimyəvi silah tətbiq edib. Skripal 2004-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və dövlətə xəyanətdə ittiham edilərək haqqında 13 il həbs qərarı çıxarılıb, bütün rütbə və mükafatları əlindən alınıb. 2010-cu ildə isə ABŞ tutduğu 10 rus cəsusu ilə dəyişdirilib. Elə həmin ildən Böyük Britaniyada sadə həyat sürüb. Zəhərlənən ata ilə qızın vəziyyəti isə hazırda ağır olaraq qalır. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir.