100-ə yaxın hüquqşünas ədliyyə orqanlarında işə qəbul edilib
Ədliyyə orqanlarında qulluqla bağlı növbəti müsabiqənin bütün mərhələlərindən keçərək 100-ə yaxın hüquqşünas peşə fəaliyyətinə buraxılıb. Ədliyyə Nazirliyindən “Olaylar”a bildirilib ki, ədliyyə orqanlarına qulluğa qəbul olunmaları ilə bağlı hüquqşünaslarla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib.
15 Mart 2018 16:41 SosialƏdliyyə orqanlarında qulluqla bağlı növbəti müsabiqənin bütün mərhələlərindən keçərək 100-ə yaxın hüquqşünas peşə fəaliyyətinə buraxılıb. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, ədliyyə orqanlarına qulluğa qəbul olunmaları ilə bağlı hüquqşünaslarla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib. Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək son illər respublikamızın davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib.Ədliyyə və məhkəmə sistemində aparılan islahatlardan geniş söhbət açan nazir stajorlara işlərində məsuliyyətli olmağı, insanlara layiqli xidmət göstərməyi, qanunçuluq, humanizm prinsiplərinə, etik davranış qaydalarına dönmədən əməl etməyi tövsiyə edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı bu ayın əvvəlində yeni müsabiqə elan olunub.Çıxış edən gənclər müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisinə və qüdrətlənməsinə sədaqətlə xidmət göstərəcəklərini vurğulayıb, onlara bu əziz bayram ərəfəsində göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına, ölkəmizin ictimai həyatında əsl vətəndaş mövqeyindən çıxış edəcəklərinə söz veriblər. Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər və onlara xidməti vəsiqələr təqdim edilib.