Gündəm

“ABŞ ermənilərə mükafat verincə törətdikləri cinayətə görə cavab verməyə çalışsın”

15 Mart 2018 16:03

“Azərbaycan ilə Türkiyə regional təhlükəsizliyin təmin edilməsi və terrorla mübarizədə birgə çalışır”.  Bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, ABŞ Dağlıq Qarabağdakı ermənilərə mükafat vermək əvəzinə, onların törətdikləri cinayətə görə cavab vermələrinə çalışmalıdır. 

“Fitch”: “Cənub Qaz Dəhlizi” Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır

15 Mart 2018 15:57

““Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır. Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.

Gömrükçülər bir milyon saxta aksiz markasını saxladılar

15 Mart 2018 15:55

Gömrük əməkdaşları külli miqdarda saxta aksiz markasının Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar.

Onkoloji xəstəxanadan bir nəfər qaçdı

15 Mart 2018 15:53

Şirvanda Onkoloji xəstəxanadan bir nəfər qaçıb. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ağsu rayon sakini, 56 yaşlı Cəmaləddin Məmmədov cari il martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanadan çıxaraq bir daha geri qayıtmayıb. C.Məmmədovun əlamətləri belədir: Boyu 172 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qonurdur. Xəstəxanadan çıxarkən əynində qəhvəyi rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.

Məhkəmə MTN generallarına hökm oxumaq üçün müşavirəyə gedib

15 Mart 2018 15:46

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prezident İlham Əliyev Makedoniya prezidenti ilə görüşüb

15 Mart 2018 15:42

Prezident İlham ƏliyevMakedoniya Respublikasının prezidenti George İvanov ilə görüşüb. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanıb

15 Mart 2018 15:38

Martın 14-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasının yekunlarına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian imzalayıb.

Şəkər çuğunduru istehsalçılarına illik 3 faizlə güzəştli kreditlər verilib

15 Mart 2018 15:35

Martın 15-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC və “Azərbaycan Sənaye Bankı” ASC arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Lavrov: "Xəzər dənizinin statusu barədə konvensiya bu il imzalanacaq"

15 Mart 2018 15:32

Xəzər dənizinin statusu barədə konvensiya bu il imzalanacaq. Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. 

Sarkisyanın yeni “Qarabağ oyunu”

15 Mart 2018 15:28

Məlum olduğu kimi Ermənistanda ilk dəfə olaraq dövlət başçısı ümumxalq seçkisi ilə deyl, parlamentdəki səsvermə ilə seçilib. Artıq işğalçı dövlətin yeni prezidenti bu ölkənin Böyük Britaniyadakı 65 yaşlı səfiri Armen Sarkisyandır. 1996-cı ilin noyabrın 8-dən 1997-ci ilin fevralın 28-dək Ermənistanın baş naziri olmuş A.Sarkisyan gizli səsvermənin nəticələrinə görə, düşmən ölkənin 4-cü prezidenti seçilib.

Beynəlxalq aləmdə de-fakto tanınan Azərbaycan yalnız 23 ay müstəqil ola bildi

15 Mart 2018 15:29

Azərbaycan Xaıq Cumhuriyyəti Parlamentinin və hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycan istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi. Xarici siyasətdə ilk addım olaraq Azərbaycan Respublikasının yaranması barədə dünya ölkələrinin xarici işlər nazirliklərinə məlumat verilməsi oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi və xarici dövlətlərdə nümayəndəliklər yaradılması ilə əlaqədar olan çətinliklər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı dövlətinə müraciət etməsinə səbəb oldu.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə uğurla icra edilir

15 Mart 2018 15:26

Son illər Azərbaycanın hər bir bölgəsində, eləcə də Saatlıda  görülən işlər dövlət başçısının imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir. Qısa tarixi bir müddətdə ən mürəkkəb sosial problemləri müvəffəqiyyətlə həll edərək Azərbaycanı güclü, iqtisadi potensialı, maliyyə resursları, müasir infrastruktur şəbəkələri olan qüdrətli bir dövlətə çevirmək ölkə rəhbərliyinin böyük uzaqgörənliyinin, idarəçilik məharətinin, beynəlxalq aləmdə nüfuzlu mövqeyinin və müdrik bir rəhbər kimi onun tərəfindən  qətiyyətlə həyata keçirilən siyasi  tədbirlərin gözlənilən nəticələridir.

Müğənniyə vəzifə verildi - Musiqi departamentinin direktoru

15 Mart 2018 15:25

Məşhur müğənni Əflatun Qubadova Sumqayıt şəhərində fəaliyyət göstərən “Dünya TV” – də vəzifə verilib. Bu haqda müğənni sosial şəbəkə hesabından məlumat verib. Müğənni kanalın musiqi departamentinin direktoru vəzifəsinə təyin olunub. 

İrəvanın STATİSTİKA RÜSVAYÇILIĞI və işğalçı ölkə turistlərin GÖZÜ İLƏ

15 Mart 2018 15:15

Rəsmi məlumatlara görə, Ermənistanda son 7 ildə işsizlərin sayı 67 min azalıb. Amma bu azalma heç də yeni iş yerlərinin artırılması hesabına baş verməyib. Rəsmi şəxslər bunu işsizlərin sayının azalmasını müsbət dinamika kimi qiymətləndirsələr də, ekspertlər bu fikirdə deyil.